Gönderi

140 syf.
7/10 puan verdi
·
30 saatte okudu
Kreutzer Sonat Tolstoyun yaşlılıq dönəmində ədəbiyyata bəxş etdiyi əsərlərindən biridir.Qatarla səyahət zamanı Pozdnişev adlı əsas personajın öz həyat hekayəsini danışması ilə başlayan hekayə insan ruhunun ən dərin nöqtələrindəki qısqanclığı,aşağılanma kompleksini və şiddət meyllərini açıb çıxarır.Tam bir qadın düşməni adlandıra biləcəyimiz Pozdnişev kişilərdə heyvani instinktlərin yaranmasında əsas səbəb kimi qadınların geyimini,davranışlarını və s. kimi səbəbləri görür.Gəncliyində rahat və çox düzgün olmayan həyat sürən baş personaj zamanla özünə nifrət etməyə,özündən iyrənməyə başlayır.Günahkarlıq duyğusu ilə qurulan ailəsi də onun ruhunu əsir alan qısqanclığı səbəbi ilə,eyni zamanda düşüncələrindəki fərqlər ucbatından uğurlu alınmır.Pozdnışevin qadınlarla bağlı fikirlərini oxuduqda qadın olaraq stressə düşməmək mümkün olmazdı məncə.Bu qədər ağır və radikal fikirlərin Tolstoy tərəfindən personajın daxili durumunu,düşüncələrini daha yaxşı anlamağımız üçün qəsdən yazıldığını düşünürəm. Tolstoyun ən çox sansürlənən,nəşri qadağan edilən əsəri olan Kreutzer Sonatın qadın-kişi münasibətləri,fərdin daxili əxlaqı,sevgi,evlilik kimi mövzularda fərqli baxış bucağı ilə baxmağı öyrənmək üçün qiymətli bir əsər olduğunu düşünürəm. Tolstoy bu əsəri adlandırarkən Beethovenin məşhur Kroyçer sonatasından təsirlənmişdir.Təsadüfi deyil ki,bu əsər Beethovenin qovuşa bilmədiyi eşqinə olan acı və həsrətini ifadə etdiyi 9 nömrəli sonatadır.Tolstoy hekayənin bir hissəsində bu sonatanın əvvəlinin(presto hissəsinin) nə qədər ecazkar olduğundan bəhs edir. Kitabın sonunda Tolstoy oxuyucuların istəyi ilə əsərdə anlatmaq istədiklərinin qısa şəkildə qeyd edir.Yazdıqlarının bir qisminin Tolstoyun həyatı ilə tərs düşməsi də maraq doğurur.13 övladı olan Tolstoyun uşaq dünyaya gətirməyə qarşı olması onun peşmanlığından xəbər verirdi?Təəssüf ki,bunu heç vaxt tam dəqiq bilə bilməyəcəyik..
Kreutzer Sonat
Kreutzer SonatLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 201910,8bin okunma
·
340 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.