Puan vermedi·128 syf.····Okunma: 22 Mart 2022 19:34 Oxuyarkən özümü o qəsəbənin sakinlərindən biri kimi hiss elədim.Sanki, Santiyaqo Nasarin öldürüləcəyini mən də bilirəm ,amma qəsəbə sakinləri kimi mane olmuram.Niyə onun ölümünə mane olmurlar?Bəlkə hər kəs onun öldürülməsini istəyirdi?Nasar özü də öldürüləcəyini bilirdi bəs nə üçün bunun üçün nəsə tədbir görmürdü?Anxelanın gizli məşuqu kimdir?Əsər oxucuya çoxlu suallar ünvanlayır.Burada iki variant var . Birinci variant gizli məşuqun San Roman özü olmasıdır .Bəlkə elə Anxela ilə birlikdə qurban olaraq Nasarı seçmişdilər.İkinci variant Anxelanın atası. Anxelanın atasının tez bir zamanda dərddən dünyasını dəyişməsi belə bir variantı ortaya çıxarır .Əsər dedektiv hadisələrlə oxucunu həyəcanlandırır.Maraqlı və mistik əsərdir.