·420 syf.····Okunma: 25 Mart 2022 18:17 Tarix 1789 14 iyul. Bütün Avropanı kökdən dəyişəcək Fransa inqilabının başlandığı an. Əsrlərdir əzab çəkən xalq artıq üsyan edir. Lakin bu üsyanın fəsadları hələ uzun illər davam edəcək, hələ yüzlərlə günahkar və günahsız insan "xanım Gilyotin"in qurbanı olacaq.
Bu günahsızlardan biri də Çarlz Evremond- Darney oldu. Çarlz Fransanın ən qəddar nəsillərindən biribin nümayəndəsidir. Lakin o öz soyadından və bütün haqqlarından imtina edib, şərəfli bir həyat yaşamaq üçün İngiltərəyə üz tutur. Bu zaman hörmətli bir həkimin qızı olan Lüsi Manettlə tanış olub evlənir. Lüsinin atası uzun illər ədalətsiz şəkildə Bastiliya həbsxanasında məhkum olub və ağılını itirib. Taleh elə gətirib ki, onun ağılını itirməsinə səbəb Çarlzın nümayənəsi olduğu nəsil olub. Məhs bütün hadisələr də bu həqiqətin ortaya çıxması ilə kəskin şəkildə dəyişir. Əsərdəki bütün hadisələr bir-biri ilə çox incə saplarla bağlıdı. Bu bağlılıq hadisələri anlamağa il başda çətinlik yaratsa da sonradan məhz bu bağlılıq sayəsində kitab insanı özünə daha çox çəkir. Eyni zamanda kitabdakı hadisələr Fransa tarixi ilə yanaşı bütün Dünya tarixində dəyişikliklərə səbəb olan Fransa inqilabı ərəfəsində baş varən dövrü özündə əks etdirdiyi üçün daha cəlb edici oldu mənim üçün. Kitabdakı hər obraz haqqında uzun-uzun yazmaq olar. Ələxsus da Sidni Karton haqqında. Bu səbəbdən kitabı mütləq oxuyun.