Gönderi

416 syf.
9/10 puan verdi
·
49 günde okudu
Qatardakı Qız
Paula Hokins Qatardakı qız. " Qatardakı qız"  romanı 3 qadının dilindən danışılan dedektiv romandır. Bu qadınlar Reyçl, Anna və Meqandır.  Hadisələr  hər səhər 8.04 qatarında Eşburidən Yustona  işə gedən Reyçlın bir zamanlar yaşadığı küçədəki  evlərə tamaşa etməsi ilə başlayır. Bu küçədəki ən sevdiyi ev isə 15 nömrəli evdir. Bu küçədəki digər evlər kimi Viktorian üslubda tikilmiş evdə yaşayan ailə ona öz itirdiyi ailəsini xatırladırdı.  Onun öz evi isə həmin küçədəki 23 nömrəli ev idi. Yəni nə vaxtsa onun evi olmuşdu. İndisə o evdə keçmiş əri Tom , onu yeni həyat yoldaşı Anna və qızları yaşayırdı.  Reyçl 15 nömrəli evdə yaşayan cütlüyə özündən adlar belə vermişdi. Ceyson və Cess.  Hər şey də məhs günlərin bir günü Reyçlın Cessi bir başqası ilə görməsi və itkin düşməsi ilə başlayır. Eyni zamanda Reyçl içki aludəçisidi və  içkili olanda nə etdiyini ayılanda heç cür xatırlaya bilmir. Və hadisələr elə baş verir ki, Cessin (əslində Meqan) itkin düşdüyü o şənbə gecəsi Reyçl hər şeyi görü lakin içkili olduğu üçün yenə heç nəyi xatırlamır. Bundan sonrakı hadisələr də Meqanın axtarışının başlanması ilə daha maraqlı hal alır. Bu axtarışda Reyçl kənarda qala bilmir , heç nəyi xatırlamasa da çox vacib nəyisə gördüyünü hiss edir. Bu hadisənin mərkəzində Reyçl, Tom, Anna və Skott( Cesson) yerləşməkdədir. Mən kitabı çox bəyəndim. Kitabın yazarı P. Hokins bir neçə uğursuz kitabdan sonra  bir qatar səyahəti zamanı bu ideya ağlına gəlir.  Və kitab çox uğurlu olur hətta New York Times Bestseller  siyahısına düşə bilir. " Hər gün qarşısından keçdiyiniz evlərdə, əslində, nələr baş verir? "
Qatardakı Qız
Qatardakı QızPaula Hawkins · Xan Nəşriyyatı · 201611,8bin okunma
·
55 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.