Gönderi

Gör sənsiz payızı necə yola salıram: Sığınıb payızın nəmli qoynuna, Səni gözləyirəm gör neçə ildir?! Bəzən baş əyirəm tale oynuna, Xatirən könlümün tək məlhəmidi. Sən gedən o gündən ağlayır gözüm, Həsrət gözlərimin kökündə bitib. Ocağı sovrulan köz olub köksüm, Sənsiz gözlərimdən yuxum da itib. Amma sanıram ki, bax bu ayrılıq, Sandığımız kimi əbədi deyil. Biz heç vaxt, heç yerdə unudulmarıq, Aradan keçsə də neçə fəsil, il. Bilirəm, ayrılığa dözməyərək sən, Gecələr yuxuma qayıdacaqsan. Sənsiz buza dönən, niskilə dönən, Qəlbimi sevginlə ovudacaqsan. Sən gəlsən gecəmə Ay işığı tək, Qaranlıq yolumdan çəkilib gedər. Mənəvi dayağım təkcə SƏNsən, Sən, Heç nə əziz deyil xatirən qədər!
Alibala Hacızade
Alibala Hacızade
·
288 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.