·222 syf.··Beğendi
···Okunma: 09 Nisan 2022 22:41 Cek London bu kitabı 1902-ci ildə bir neçə ay ərzində Şərqi Londonda yaşadığı təcrübələrə əsasən yazıb, bir növ xatirələrini qeyd edib. Ən yüksək empatiya halında-xalqın arasına qarışaraq onlardan biri kimi davranmağa cəhd edib. Dostları onun bu etdiyini axmaqlıq adlandırıb, amma, o dönəmin dünyaya hökm edən imperiyasının paytaxtında olanları qüsursuz şəkildə oxuyana çatdırıb. Yazar bu kitabı yazdığı digər əsərlərə görə daha böyük ürək ağrısı və göz yaşları ilə yazdığını qeyd edir.
Dünyaya hökm edən B. Britaniya imperiyasının zənginlikləri bitməz tükənməz olduğu halda imperiya paytaxtı London səfalətlə üz-üzədi. Paytaxtın Qərbində teatrlar, operalar, muzeylər, yüksək səviyyəli yaşayış obyektləri tikilir lakin şəhərin Qərbindəki yoxsulluğu şərqə süpürərək; buranı uzandıqca uzanan, səfalətin bitib tükənmədiyi gettoya çevirərək. Bu getto elə bir yerdi ki, minlərlə insan gecələr yatacaq yer, gün ərzində yeyəcək yemək tapa bilmir. Bu gettodakı uşaqların 55%-i 5 yaşına çatmadan dünyasını dəyişir. Şəhərdə ümumiyyətlə 1.8 milyon insan aclıq həddində yaşayır. Dəhşətli olan odu ki, tək Londonda vəziyyət belə deyil bütün adada reallıq budu.
Kitabda təkcə Cek Londonun xatirələri deyil, həmçinin dönəmin qəzet, məcmuələrindən, kilsə misyonerlərinin qeydlərindən hissələr var
Bu narahat edən, ürək yaralayan əsəri bəlkə 2-3 gün daha tez bitirmək mümkün idi, amma neçə dəfə yarıda saxladım bilmirəm.
Kitabda diqqətimi çəkən əsas şeylərdən biri 20-ci əsrin əvvəllərində mövcud olan küçə, prospekt və digər yer adlarının 90%-nin günümüzdə də mövcudluğu oldu