Gönderi

9/10
·236 syf.··
2022 6. kitabı
·
25 günde okudu
·
Okunma: 14 Nisan 2022 08:19
Sabahattin Ali'dən oxuduğum ikinci əsər Kuyucaklı Yusuf oldu. Sabahattin Ali'nin əsərləri, yazma şəkli və anlatma biçimi mükəmməl deyiləcək qədər gözəldi. Kürk Mantolu Madonna əsərindən fərqli olarağ Kuyucaklı Yusuf başqa təəssüratlar yaratdı məndə. Əlbəttə əsərdə sevgi, haqsızlığ, varlının kasıbı əzməsi kimi bir çox mövzular göz önünə alınır. Ama bütün bunlar əsərin əsas mövzusu deyil mənim üçün... Əsərin adından da göründüyü kimi, Yusufun həyatı göz önünə alınır. Yusuf, həyatda özünə aid bir yer tapmamış, və suallarla yaşayan, həyatı sorğulayan, içində yaranan boşluğların səbəbini axtaran bir obraz olarağ çıxır qarşımıza. Acıyla zamanından daha tez tanış olur. Həyatının irərilələyən dönəmlərində mənasız və yabancı olan həyatında bir tək şeyə həqiqətən sarılır və bu da sevgi olur. Və əsərin sonlarında olan bu cümlə düşünürəm ki, əsərin əsas yerlərindən biridi; "Muazzez'in varlığı Yusuf için boşlukları dolduracak mahiyyette bir şey değildi.... Hayatında asıl aradığı şeyin Muazzez olmadığını biliyordu, fakat Muazzez olmadan bunu aramaya muktedir olamayacağını sanıyordu." Burda bizə verilən mesaj əslində göz önündədi. İçimizdə bir çox boşluğlar var ki, onları birinin "sevdiyimiz insanın" varlığıyla doldurmağa çalışırığ. Ama bu varlığımızın verdiyi boşluğdur ki, onu bir insanla doldurmağ mümkün deyil. Və sevgi dediyimiz şey əslində o boşluğları doldurmağ deyil, birlikdə yola çıxmağdı. Və düşünürəm ki, əsərin bu hissəsində yazar bizə bu mesajı vermək istəmişdir:) Əsər haqqında deyiləcək sözlər çox olsa da, qısa olan yazımı burda tamamlamağ istiyirəm. Nəticə olarağ əsər bir çox şey qatdı mənə. Əsərdə bəzi yerlərdə tamamlanmamış və sual işarəsi olarağ qalan yerlər olsa da, məsələn Kübranın başına gələnlər və onların gedib bir daha dönməməsi kimi yerləri. Nəticə olarağ oxunmağa dəyər bir əsər olduğunu düşünürəm:)
Kuyucaklı Yusuf Sabahattin Ali · İş Bankası Kültür Yayınları · 2019210,5bin okunma
·
65 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.