Gönderi

95 syf.
·
Not rated
·
Read in 8 hours
Qılqamış. Adına bax da. Bunu ilk dəfə 1k da mifologiya kitablarına baxanda görmüşdüm. İki dənə də dostumuz var, bir-biriylə zarafatca atışanda "qılqamış" deyirlər. Mən də dedim ki, bir kitabı oxumaq üçün bundan yaxşı səbəb olmaz, başla oxu, Ülvi. Sözümdən çıxmadım, oxudum. Dastan, Şumer mifologiyasına aiddir. Qılqamış, tarixə ilk qəhrəman kral olaraq keçib. Ona ölümsüzlüyü axtaran kral da deyirlər. Şumer krallıq arxivində 126 il kral olduğu deyilir Qılqamışın. Çox imiş. Zatən o da insan olmayıb. Üçdə biri insan, üçdə ikisi tanrı olub. Dünyanın ən köhnə kitabı olaraq adı keçən Qılqamışın izinə ilk dəfə 1849da Austin Hery Layard`ın İncildəki şeylərin reallığını yoxlamaq üçün Mesapatomiya ərazisində apardıqları araşdırma zamanı rast gəliblər. Demək, qısaca sujet xətti belədir ki, Qılqamışın Enkidu adlı özünə oxşayan bir dostu olur. Dostu öləndən sonra Qılqamış onu heç olmasa bircə dəfə görmək üçün tanrılardan icazə alır. İcazə verirlər. Enkiduyla danışanda, dostu ona yerinaltının çox pis olduğunu, işgəncə gördüyünü, yeməklərinin toz-torpaq olduğunu deyir. Bunu üstünə Qılqamış, dostunun halına pis olmaqdan çox öz canının dərdinə düşür. Ölmək istəmir, ölümsüzlüyü axtarır. Əvvəl ölümsüzlüyü tapan bir nəfərin yanına gedir. Utnapiştimin ölümsüzlüyü necə qazandığını soruşur. Utnapiştim ona necə qazandığını danışır. Bizim Nuh köçü deyə bildiyimiz hekayənin də başına gəldiyini zad deyir. Bilmirəm burada bir gönderme mi var, amma maraqlıydı. Əl-qərəz, Utnapiştimin danışdığı hekayə Qılqamışın edə bilməyəcəyi cinsdən idi. Buna baxmayaraq ( ayda mən deyəsən bütün kitabı yazıram bura, niyə eləyirəm) yoldaşı deyir, Qılqamışı boş yola salmayaq, bura qədər əziyyət çəkib gəlib. Utnapiştim də ona cavanlıq otu verir. Qılqamış ev yolunda bir göldə çiməndə həmən otu bir ilan yeyir, qabıq dəyişir. Bir yerdə oxudum, yalan-gerçək guya ilanların qabıq dəyişməyi də bu olayla bağdaşdırırlar. Nəysə, Qılqamış heç nə tapa bilmir. Burada da kitab qurtarır. Kitabın bir yerində Qılqamışın şəhərinə hücum olunur. Qılqamış da o qədər sevilən kraldır ki, hücumu qarşılayıb- qarşılamamağı xalqından soruşur. Yəni deyir, gedib savaşa da bilərik, sadəcə olaraq işğalı qəbul eləyib, təslim də ola bilərik. Kəndin cavanlar deyir gedək vuruşaq, qocalarsa deyir yox, savaşmayaq, təslim olaq. O zaman qocaların azadlıqlarını vermək bahasına savaşmaq istəməməkləri Qılqamışa qəribə gəlsə də, axırda özü yaş alanda başa düşür ki, qocalanda, ölümə yaxın olanda, insanlar canlarını itirməkdən daha çox qorxurlar. YA QIlQAMIŞ YA. Bəlkə fiziki ölümsüzlüyü tapa bilmədin, amma bugünkü gün, dostlararası təhqir kimi yaşayırsan. Bye
Gilgameş
GilgameşMuazzez İlmiye Çığ · Kaynak Yayınları · 20131,459 okunma
·
336 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.