Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

204 syf.
8/10 puan verdi
·
4 saatte okudu
Azərbaycanlı yazıçılara daha çox üstünlük verəcəyim il olacağına səz verdiyimi nəzərə alsam, bu oxuduğum, ən azından bu marafaona başladığım ilk kitabdı. Kitab barəsində həm sevdiyim, həm sevmədiyim, güldüyüm, qıcıqlandığım və s. hisslərini yazacam. İlk gözümə sataşan və ən çox qıcıqlandıran şey türkçə ifadələrin işlənməsi idi. Bəlkə də normaldı, amma mənim heç sevmədiyim şeylər idi, çünki bəzilərinin dilimizdə çox yaxşı qarşılıqları var… 1. Oynamaq zorundayam (səh. 5) 2. Hadisələri çözmək (səh. 9) 3. Keçiləri qaçırıb (səh. 10) 4. Çözülməyən (səh. 10) 5. Çevrəsi (səh. 37) 6. Aşağılamaq (səh. 56) 7. Sonuc (səh. 67) 8. Patron (səh. 132, 140) Bəlkə də içlərindən bəziləri heç qüsur deyil, məsələn, 3. Amma sonuc kimi sözlərin nəticə ilə əvəzlənməsini istəyərdim. Bəzi gözümə sataşan başqa məntiqi məsələlər var idi. Orxan Nicatın həm dostu, həm də həkimi idi. (Səh. 8) Bu çox düzgün olmayan bir şeydi. Xəstə ilə qeyri-peşəkar münasibət. Belə psixoloqun xəstəsinin intihar etməsi təəccübləndirməz. İkincisi, qadınlar haqqındakı deyimlərdi. Qadınlar belədi, qadınlar elə düşünür, belə hərəkət edir-falan. “Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər". (Səh. 36) "Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb". Oskar Uayld (Səh. 68) Digər misalda, təkrarçılıq və eyni qadınlar haqqında absurd düşüncələr: – Qadınlar elə düşünürlər ki, kişilər dostluğu sevgiyə çevir- mək istəyir. Amma məncə, məhz qadınlar dost müna- sibətlərini fərqli tərəfə çəkirlər, sənin kimi. Axı qadınlar da- ha emosionaldırlar və potensial sevgilini dostlarının arasın- dan axtarırlar. Bu, qadın üçün daha təhlükəsiz variantdır. – Bəlkə də haqlısan. Amma razılaş ki, Nicat ideal kişi deyildi. – Deməli Nicat da, Hikmət də ideal deyildi. Belə çıxır ki, sən Nicatı da sevmirdin... – Nicatı sevirdim. Əslində Hikmətə də biganə deyildim. Am- ma nədənsə, mənə elə gəlirdi ki, Hikmət məndən soyuyub. – Hmmm... Qadınlar düşünür ki, əri ondan bezib, yorulub və yeniliklər axtarışındadır. Sonra, keçim sevdiyim hissələrə. Çoxlu tənqidlər var; polislər və onların işləri, əsgərlik və ordakı vəziyyət, cinayət-axtarış prosedurları, siyasət, şəhərin arxitekturası, valideynlik və s. Kiçik əsər olmasına baxmayaraq hər tərəfə öz daşını atıb desəm, yalan olmaz. Əsərdə yazıçılara dediyi sözləri çox sevdim. ...Sözün düzü burada heç bir qəhrəmanlıq yoxdur. Heç kəs məndən roman yazmağı xahiş etməmişdi. Yazıçı qazanclı işlərlə yox, roman yazmaqla məşğul olursa, bu onun öz günahıdır. Heç kəs onun qarşısını kəsib, bizneslə məşğul olmağına, böyük pullar qazanmağına mane olmurdu. Yəni gəlin açıq danışaq, yazıçıları qəhrəmana çevirməyə ehtiyac varmı? Məncə yoxdur... (Səh. 160) Kitabdan həm də özümçün gələcəkdə istifadə edəcəyim yeni (şəxsi leksikonum üçün yeni) sözlər/cümlə quruluşu kəşf etdim. Evdə səliqəsizlik öz qaydasında idi. (Səh. 60) Titullu dindarlar (Səh. 104) Çox sevdiyim başqa seçmələr: Heç vaxt istirahət eləmək barədə düşünmə- mişdi. Ona elə gəlirdi ki, istirahət ancaq ciddi biznesmenlər və daha imkanlı məmurlar üçündü. (Səh. 14) Artıq anlamışdı ki, Könüllə söhbət etməyin heç bir mənası yoxdur. Könül bütün fahişələr kimi ancaq qəmli əhvalatlar uydururdu. (Səh. 126) Çox güldüklərim: (sətiraltı məna ilə yumor) Sonuncu dəfə isə gözlərini yumub doyunca Tiflisdə gəzmişdi. Yazıq öz doğma adını da unutmuşdu. Küçədən keçən də, metroda qarşısına çıxan da, qonşular da onu sadəcə “Polis” deyə çağırırdı. Po- lis! Bu dəqiqə ölkədə bundan oğraş iş təsəvvür etmək çətin olsa da qəhrəmanımı bu adla çağıracam: Polisov Polis Polis oğlu. (Səh. 15) – Rəis, salam. Burda İzmir prospektindən bir *********, eee üzr istəyirəm vətəndaş özünü asıb. 7a-nın yanındakı ağaclıqda ağacdan sallanıb. (Səh. 17) Ümumilikdə isə, oxuyarkən əyləndiyim kitab oldu. Tənqidi yormadan etdiyi üçün təşəkkür edirəm yazara. Yazıçının xüsusi qələmi var, kitabda öz adından da əlavələr edib, reaksiyalar bildirib. Maraqlı və fərqli idi.
Qadın Corabları
Qadın CorablarıCəlil Cavanşir · Xan Nəşriyyat · 201528 okunma
·
149 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.