Somalili modelin acınacaqlı həyatı...
7/10
·344 syf.··
2022 2. kitabı
Təsirlənərək oxuduğum roman oldu deyə bilərəm Qəhrəmanımız elə yazıçının özüdür. Somalili model Varis Dirie. Gerçək həyatdan və hadisələrdən bəhs edən bu kitabı, hiss edərək və çox çətinliklə oxudum. Deməli hadisələr ilk olaraq Afrikada cərəyan edir. Balaca qız uşaqlarının 4-5 yaşlarında "qız sünnəti" olmaları adətinin yerinə yetirilməsi Varisdən yan keçmir. Qeyd edimki bu adət hələ də bəzi Afrika ölkələrində qalmaqdadır. Atası varisi 13 yaşına çatdığı zaman bir neçə dəvə qarşılığında 60 yaşlı kişiyə verməyə hazırlaşır. Varis bundan xəbər tutan kimi evdən qaçır və bir neçə ildən sonra həyat onu Londona gətirib çıxarır və elə buradaca çətinliklə olsa da şöhrətə yüksəlir... Kitabın əsas yazılma səbəbi dünyanın diqqətini Afrikada hələ də var olan bu dəhşətli adətə çəkməkdir. Qadınların, qızların hələ qızcığazkən dünyəvi həzlərə həsrət qoyulması, güya kişilərin təcavüzündən qorumaq üçün edilən bu iyrənc adət onların həyatını məhv etmək üçün başlıca səbəbdir. Hətta bu acıya tab gətirə bilməyən 4-5 yaşlı qızcığazlar qan itkisəndən ölürlər də. Və bunu edən cahil topluma görə , "sünnət" olunmuş qadını ancaq öz həyat yoldaşı bıçaqla qadının cinsiyyət orqanını aça bilər. Və bu da güya bakirəliyin rəmzi sayılır. Varis də illər boyu böyüdükcə çox əziyyət çəkir. Acılar içində qıvranır. Bu "qız sünnəti" ona da qəribə gəlir və mənasız sayır amma başqa yolu yoxdur. Kiçik yaşlarında zorlandıqdan sonra "sünnət" olan Varis daha sonra bunun özü üçün həll yolunu tapır... Kitabın necə bitdiyinin fərqinə varmadım belə. Hadisələr o qədər insanı çəkir ki, oxuduqca oxumaq istəyirsən. Bəlkə də gerçək həyata şahidlik etdiyim üçün bu qədər çəkdi məni özünə. Düzünü desəm çox heyrətlə oxudum. Belə bir adətin hələ də qalması məni xəyal qırıqlığına uğratdı. Amma sonunu oxuduğum zaman rahatlıq tapdım özümdə) Sevdiyim bir alıntını paylaşaraq sonlandırıram: "Somalidə doğulmuş uşaqların 1 il sonra sağqalma ehtimalı az olduğundan, doğum gününü yadda saxlamağın elə də bir əhəmiyyəti yoxdur"
İnsan ve Duygular
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,7bin okunma
·
777 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.