Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
·
Puan vermedi
Hər birimiz zaman-zaman görünməz olmağı xəyal etmişik. Amma mən bu kitabı oxuyana kimi görünməzliyin bu qədər dəhşət, əzabverici bir şey olacağını düşünməzdim. Kitabda görünməz olmağın əslində heç də xəyallarımızdakı kimi olmadığı, müsbət cəhətlərindən daha çox mənfi cəhətlərindən bəhs edilir. Griffin adlı bir nəfər laborotoriyada pişik üzərində etdiyi təcrübə ilə səhvən görünməz olur və bundan sonra onun üçün yaşamaq çətinləşir hətta kabusa dönür belə deyə bilərik. Qəhrəmanın yaşadığı çətinliklər, ətraf insanların ona qarşı olan nifrəti, davamlı təklənməsi, köməy istədiyi insanların ondan üz döndərməsi onu daha da pis, daha zalım bir insana çevrilir. Əsərin sonlarına yaxın Griffin ona pislik edən hər kəsdən qisas almağa çalışan bir caniyə çevrilir… Hər birimizin ətrafında görmədiyimiz, yaxud da görməzdən gəldiyimiz onlarla insan var. Bəzilərimiz heç ən yaxınımızda olan insanı belə bəzən görə bilmir. Ətrafınızda olan, sizi sevən, sizə dəyər verən insanları çalışın görün, görməsəniz, görməzdən gəlsəniz bir gün onlar həqiqətən görünməz olacaq.
Görünmez Adam
Görünmez AdamH. G. Wells · Kızıl Panda Yayınları · 20217,8bin okunma
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.