Giriş Yap
128 syf.
·
5 günde
·
9/10 puan
İnsan düşüncələrinin, hiss etdiklərinin bir yazar tərəfindən kağıza töküldüyünü gördükdə daxili narahatlığı, hiss etdiyi yalnızlıq bir nəbzə də olsa, azalır sanki. Bir yerlərdə düşünən, hiss edən, qısaca var olan insanların mövcud olmasını bilmək insana hüzur verir. Kitabın ən təsiredici səhifəsindən bir alıntı qeyd edib, sonra nacizanə düşüncələrimi paylaşacağam. “Ama insanın gerçek yeteneğini, tüm yaşamını, kanını, aklını, varoluşunu verdiği iç dünyasının olgularının sizler için hiçbir değeri yok ki.. Bırakıyorsun insan onları kendisiyle birlikte gömsün. Ama hayır, hiç değilse susarak hepsini yüzünüze haykırmak istiyorum. Sizin düzeninizle, akıl anlayışınızla, namus anlayışınızla, başarı anlayışınızla hiç bağdaşan yönüm yok. Aranızda dolaşmak için giyiniyorum. Hem de iyi giyiniyorum. İyi giyinene iyi yer verdiğiniz için. Aranızda dolaşmak için çalışıyorum. İstediğimi çalışmama izin vermediğiniz için. İçgüdülerimi hiçbir işte uygulamama izin vermediğiniz için. Hiçbir çaba harcamadan bunları yapabiliyorum, bir şey yapıldı sanıyorsunuz.” (səh. 57) Mən nə oxudum belə.. Yaşamın Ucuna Yolculuk-modern türk ədəbiyyatında özünəməxsus tərzi ilə seçilən Tezer Özlünün alman dilində “Auf den Spuren eines Selbstmords” (Bir İntiharın İzinde) adı ilə yayımlanan ikinci irihəcmli əsərinin türk ədəbiyyatına adı qazandırılmış halıdır. Kitabı oxumadan öncə yazarın həyatı və yaşadığı dönəm ilə bağlı məlumatlı olmağın Tezeri daha yaxşı anlamaqda oxuculara kömək edəcəyini düşünürəm. Kitab Tezer Özlünün qısa anlatılarından və düşüncələrindən ibarətdir və hadisələr daha çox yollarda keçir.Bir çox şəhər və bir çox insanla bizi tanış edən Tezer məkanlara, zamanlara sığa bilmir, demək olar ki, zaman və məkan anlayışlarını qəbul etmir, həmişə gedir, getmək haqqında düşünür. Cəmiyyətindən,ölkəsindən qaçışı əslində onun öz daxilinə, öz mənliyinə etdiyi səyahətin başlanğıcı idi. Qatarla hər gedişində özünü sorğulayır, şəhərlərdən uzaqlaşdıqca özünə yaxınlaşır, özündə yeni bir şeylər kəşf edir.Tezer hər sətirdə yaşamın, varoluşun anlamını axtarır, sistemə, topluma, stereotiplərə və insanın mənliyinin qəliblərə sığdırılmasına isyan edir. Yazar varoluş sancılarını, qaçma istəyini, heç bir yerə aid hiss edə bilməyişini bütün içdənliyi ilə kağıza tökür. Anlatılarında bəzən özü ilə, bəzən isə oxucuları ilə söhbətləşir. Heyranlıq duyduğu yazarların-Kafka, Pavese, Svevonun izlərini özündə daşıyan yazar onların məzarlarını ziyarət edir, Pavesenin intihar etdiyi otelə qədər uzanır bu ziyarət. Və ya bu axtarış. Tərz etibarilə,hər kəsə xitab etmədiyini düşündüyüm bu kitabı oxuyarkən bir qədər depressiv və melanxolik hiss edə bilərik. Acılar olmadan yazıla bilməyəcəyini,ədəbiyyatın yaşam və ölümün artıq acıları saxlamağa yetmədiyi zaman başladığını deyən Tezer Özlü, var olmanın və gerçəkliyi dərk etmənin bədəlinin ağır olduğundan yazır əslində. Dostoyevski demişkən, “Anlamak acı verir.”
Yaşamın Ucuna Yolculuk
8.1/10 · 9,3bin okunma
Yenə döktürmüşsün bebem🤤
💘