Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

470 syf.
7/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
möhtəşəm
Başlıq: Yaşamaq yanğısı Yazar: İrving Stoun Səhifə: 476 Janr: Bioqrafiya,povest Nəşr: Qanun Oxudum: 01.05/ 08.05.2022 Hərkəsə salam Bugünədək bir çox tanınmışın bioqrafiyasını oxumuşam.İçlərində ən çox sevdiyim və təsirləndiyim hekayə Van Gogh'un həyat hekayəsidir.Qısa və iztirablı həyat yaşamasına baxmayaraq,həyatda qoyduğu izlər çox dərin və mənalıdır.Onun dili ilə desək,öz məqsədinə çatmaq üçün hətta həyatından da keçməyə razı olan biri olub. Kitab,Vincent Van Goghun sevdiyi xanımın başqası ilə evlənməsi və bundan sonra  dahi rəssamın başına gələn hekayələr silsiləsindən ibarətdir. Həyatı hərkəsin ondan qaçması,qəribə nəzərlərlə baxması ilə ötüb.Başına gələn hadisələrə,çətinliklərə baxmayaraq,ayaqda durmağa çalışımış,bu uğurda hətta ailəsindən üz döndərmişdir.Ailə üzvlərindən yalnız qardaşı Teo ilə ömrünün sonuna qədər görüşmüş, birlikdə olmuşdur. Fiziki cəhətdən çəlimsiz,zəif biri idi.Lakin,bacardığı qədər insanlara faydalı olmağa çalışırdı.Ailəsi nüfuzlu və zəngin olmuşdur.O isə,günlərlə ac qalmış,soyuq yataqlarda yatmışdır. Həyatı Fransa,Belçika,Hollandaya səfər edərək ideal rəsmilər çəkməyə,əsərlərini insanlara sevdirməyə  çalışmaqla keçmişdir.Əslində, məqsədi insanlara özünü sevdirmək olduğunu ,oxuduqca daha yaxşı başa düşəcəksiniz.Öz qulağını kəsməsi,daha sonra intihar etməsi, nə qədər kütlə içində tənha olduğunun əyani sübutudur.. #irvingstoun #yaşamaqyanğısı #vangogh #rəssam #vanqoq #qanun #oxudumbitdi #povest #teo #azəricə
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017326 okunma
·
207 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.