Puan vermedi·248 syf.····Okunma: 18 Mayıs 2022 16:32 Həyatımda rastlaşdığım insanları yarğılamamam lazım olduğunu öyrənəli bir neçə il olmuşdur. Bu mənim özümdə-daxilimdə düşündüyüm çox fikri dəyişdirdi.
Bugün oxuduğum bu kitabla, dəyişilən fikirlər içərisinə biri də əlavə olundu.
Əsər çox kiçik nüanslara toxunub, hansı ki, bunları mən də fərq etmişdim. Rahat həyat şəraitinə malik olan insanların özlərindən maddi və yaxud ekonimok cəhətdən kasıb təbəqəni düşünərək, "zövq alması" halını buna misal göstərə bilərəm..
Əsərdə çox diqqətimi çəkən və fikrimi dəyişməyə təşfiq edən bir mövzu dilənən insanların ya da evsizlərin həyatları barədə oldu. Daha dəqiq desəm, "yaşantıları". Onların da hər kəs kimi işləmək və pul qazanmaq tələbatı vardır. Lakin, hər kəsin iş anlayışı fərqli isə bəs onda necə?
"Hiçbir şeyin, bir dilencinin onu diğer insanlardan farklı bir sınıfa koyma ya da modern insana, onu küçümseme hakkını verdiğini sanmıyorum".
Ağlımızda onların görkəminə görə yarğılayaraq, qəlibləşmiş fikirlərimizlə şəxsiyyətlərini küçümsəyirik.
Bunun səbəbi isə "varlanmaq" yolunda irəliləməyi seçməmələridir..
Ən əsas isə Orwell'in də dediyi kimi" göstərişli bir restoranda yemək yeməkdən həzz almayacam" deyimini çox bəyəndim. Göstəriş və görkəmdən ibarət olan belə məkanlara normasından çox pul ödəyərik, ancaq arxa fonda hazırlanan yeməklərin digər restoranlarla eyni, hətta ,daha az diqqət göstərildiyini anlamırıq.
~Siz heç saatlarla ayaq üsdə dilənən insanları əsəbi halda görmüsüz? Bu görülməsi çox az haldır. Çünki minnətdarlıq duyğusu neqativ auradan çox daha güclü duyğudur.