Arvadının xəyanəti ilə üzləşən biznesmen bu rüsvayçılığa dözə bilməyərək ailə-uşağını atıb Türkiyədən Azərbaycana köçür. Bakıda şirkət açıb biznes quran orta yaşlı iş adamı burada özündən 30 yaş cavan qadınla rastlaşır. Kasıb bir fəhlənin arvadı olan, lakin dəbdəbəli həyata can atan bu gözəl və gənc qadın ərinə elə onun dostu ilə xəyanət edən dən sonra boşanaraq özünə imkanlı məşuq tapsa da, türk iş adamının evlənmək təklifini sevinclə qarşılayır. Az sonra onların bir oğlu da olur. Uşaq 3 yaşına çatanda ailədə qəribə hadisələr baş verir. Əvvəlcə brilyantlar yoxa çıxır, sonra uşaq oğurlanır və ailədən pul tələb edilir. Biznesmen özəl detektivdən yardım istəməli olur. Detektiv Qanbay Qasımlı idi. O həm uşağı ,həm pulları ,həm üzüyü qaytardı həmdə ki dilənçi qadının sirrini açdı .