Gönderi

120 syf.
10/10 puan verdi
·
1 saatte okudu
Uşaq ədəbiyyatını mənə daha çox sevdirən kitab !
İlk öncə kitabı səsli şəkildə dinləmək üçün hədiyyə edən
admiral914
admiral914
'ə çox təşəkkür edirəm <3 Ahh, Şermin Yaşar... Nələr yaratmısan sən... Kitabı dinləyərkən özümü kitab dinləmiş kimi hiss etmədim. Sanki, hekayənin içindəydim, Lo ilə birlikdə yaşadım bu hekayəni. Əsas olan da, bu deyilmi: Yazıçının hadisələri oxucuya real olaraq çatdırması... Kitabın qısa məzmunu; Kitab boyu maraqlı, gülməli və ən əsası ibrətamiz hadisələr yaşayan/yaşadan Lo (əsl adı, "Yüksel"dir) ilə böyük macəralar yaşayacaqsınız. Mənim "qəhrəman" obraz kimi adlandırdığım, Lo cəsur, hədəfinə/məqsədinə çatmaq üçün hər çətinliyə razı olan, "qəhrəman"dır, mənim üçün. Kitabın harasından başlayım bilmirəm... Kitab tək sözlə möhtəşəm idi. Məqsədimizə çatmaq üçün yorulmadan çalışmalı olduğumuzu və bir gün mütləq o hədəfimizə çatacağımızı öyrədir/göstərir. Məktəbə getmək üçün vaxtı çatan Lo'nun hədəfinə çatmaqdan ötrü qarşılaşdığı kədərli və bəzən də gülməli hadisələri oxuyacaqsınız. Lo artıq mənim "qəhrəman" obrazım oldu deyə bilərəm. Lo, Lo, Lo... Sən necə də, çalışqan bir uşaq imişsən :') Yazarın hadisələri gerçək kimi yaşadan qələminə, Lo ilə birlikdə bu macəranı mənə yaşatdığı üçün təşəkkür edirəm. Təşəkkürlər, Şermin Yaşar... Favori yazarlarımdan biri oldun artıq. Kitabda heç bir əksiklik ya da, şişirdilmə hiss etmədim. Bir dəfə başladım mı, dayanmadan getdi. Uşaq ədəbiyyatını daha çox sevməmə səbəb oldu. Və ən əsası kitab bizə uşaqları həmişə uşaq kimi görməmizin/davranmamızın fəsadlarını göstərir :D Ən sevdiyim, hər dəfə oxuyanda güldüyüm alıntı: "Sende kimsin Lo" dedi beni görünce. Hem adımı biliyor, hem de kimsin diye soruyor. "Benim, Lo" dedim. Oxuyun, oxutdurun :') Sağ olun, kitabla qalın !
Lo
LoŞermin Yaşar · Doğan Kitap · 2022830 okunma
··
2.880 görüntüleme
admiral914 okurunun profil resmi
Kitab haqqında demək istədiklərim olsa da onları sözlə ifadə edə bilməmişdim, eyniylə sənin kimi düşünürəm. Lo'nun bitmək tükənmək bilməyən əzmi, hədəfinə çatmaq üçün bu qədər cəsarətli davranması hal-hazırda ən cuzi uğursuzluqda hədəfindən vazgeçən bizlərə dərs olmalıdır. Şermin Yaşarın Göçüp Gidenler Koleksiyoncusu kitabını da oxumağını şiddətlə tövsiyə edirəm, hekayələr toplusudur və eynilə bu kitabda olduğu kimi oradada hər şeyi oxumuş yox yaşamış kimi hiss edəcəksən. İstəsən səsli olaraq da göndərərəm😊
Aria okurunun profil resmi
+eyni ilə sənin kimi düşünürəm. Çox sevinərəm. Yay aylarında oxumağı düşünürdüm, onsuz. İndi olsa, əla olar. Təşəkkürlər.
2 sonraki yanıtı göster
Aria okurunun profil resmi
admiral914
admiral914
ən çox güldüyüm alıntını qeyd etməyi unutmuşammış, qeyd etdim. #167747002
Aceso okurunun profil resmi
Mən əsas şeyə gülürdüm, nə edirlər deyirlər belə etsək o qədər xeyirdi. 🤣🤣🤣🤣 Amma bu alıntıya da gülmüşdüm.
Aria okurunun profil resmi
Həə, o da, gülməlidi. Çavuşun sözlərinə gülürdüm ən çox.
1 sonraki yanıtı göster
MecidOsmanov okurunun profil resmi
Mezarlık Kitabı
Mezarlık Kitabı
Küçük Prens
Küçük Prens
Usaq edebiýyatina elave et mence
Aria okurunun profil resmi
Təşəkkürlər.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.