Gönderi

632 syf.
·
Puan vermedi
·
23 günde okudu
Məktəbli dövrümdə müxtəsər oxuduğum Robinzon Kruzonu illər sonra milyonçu şousunu izləyərkən barəsində gələn sualla xatırladım. Doğurdan uşaqlıqda oxuduğumuz kitabları böyüyəndə oxumamalı olduğumuzu kim yeridibki bizə? 3 alma nəşriyyatının keyfiyyətinə güvənib öz-dilimizdə başladım oxumağa, onlar da sovet tərcüməsini redaktə edib yenidən çap etmişdilər, uğurlu da alınmışdı, yağ kimi getdi. Məktəb vaxtı oxuyanda kitabı tam bitirməmişdim deyə niyəsə mənim təsəvvürümdə Robinzon 6-7 il adada yaşayıb sonra qurtularaq evinə qayıdırmış kimi qalmışdı. Kitabın ilk 100 səhifəsində işin gedişatının dəyişdiyinə yanıldığımı görüb təəccübləndim, beynim belə olmadığını qəbul etmək istəmirdi heç cürə :D Robinzonun adada özünə qidalar kəşf etdiyi mərhələləri, əkin-biçin və ev üçün özünə gördüyü hazırlıqları o qədər maraqla oxudum ki, sanki adaya düşsəm mənə kömək edər deyə özümə bilik tədarükü görürdüm. Müəllifin bu yerdə üslubu, hadisələri bir-birinə bağlaması olduqca sadə idi və yersiz uzatmalara yer vermədən birbaşa mətləblərə keçdiyindən oxumanı daha da əyləncəli və maraqlı edirdi. Daniel Defonun həyatda həqiqətən də 4 il adada kimsəsiz yaşayan holland bir dənizçidən ilhamlanaraq bu əsəri yazdığını düşünsək, yəqin ki o da yazma prosesində böyük zövq alıb. Avropalı koloniya sisteminin qurucularını sətiraltı tənqid etməyini, vəhşilər adlandırdığı qəbilələrin qəribə həyat tərzinə malik olmalarına baxmayaraq bütün mühakimələrdən kənar saf ürəyə malik olduqlarını, insanın içindəki hakimlik ideallarının onu necə yarıtmaz və mənasız situasiyalara saldığını, birliyin və dostluğun çətin günlərdə ona necə kömək etdiyini, sevinc və kədər duyğularının bədənimizdə yaratdığı fiziki təsirlərini oxumaq çox gözəl idi. Həyatın minbir əyləncəsindən və ehtiraslarından sıyrılıb kimsəsiz adaya düşən birinin qəlbinə Tanrı inancının düşməsi mövzusunda hadisələrə mərhələli şəkildə yanaşmasını bəyənsəm də, sonralar başqa millətlərdən olanların tanrı inanclarını aşağılayıcı tərzdə yazması Defonun alicənablıq səviyyəsini düşürmədi deyil. Nədənsə biz insanlar elə düşünürük ki, özümüzdə olan hər zaman ən yaxşısıdır, Defoda da bu açıq şəkildə hiss olunurdu. Hər bir halda bu yanaşmanın özü də bir baxış bucağıdır və "ingilis" düşüncəsidir deyək. Əsərin yeniyetmələr üçün oxunacaq ədəbiyyat siyahısına əlavə edilməsi doğrudur, çünki olduqca sadə yazılıb və həyata yeni başlayanlar üçün kompas olacaq dəyəri verə bilər. Amma yetişkinlərin də mütləq oxumalı olduğunu düşündüyüm əsərdir, kiçicik də olsa özlərinə aid nəsə tapacaqlarına şübhəm yoxdur, ən azından məndə belə idi. Duyğular deyir Defo, əgər bir dəfə ürəkdən hardan gəldiyini anlamadığımız duyğuların bizə nəyinsə mənfi yöndə gedəcəyinə dair işarələrini hiss ediriksə, onları görməzdən gəlməməliyik. Sözün əsl mənasında klassika, oxuyun, oxutdurun.
Robinson Crusoe
Robinson CrusoeDaniel Defoe · Yapı Kredi Yayınları · 202322bin okunma
·
264 görüntüleme
Toğrul okurunun profil resmi
Tercüme yaxşı idi?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.