Gönderi

Şirin Portağal Ağacım
Puan vermedi·248 syf.··
2022 8. kitabı
·
22 günde okudu
·
Okunma: 26 Mayıs 2022 20:01
Joze Mauru di Vaskonselos - “Şirin portağal ağacım”. ( Qeyd: kitabı oxumayanlar və oxuyacaq olanlar varsa, şərhi oxumamağınız məsləhətdir, çünki bəzi şeylər spoiler ola bilər..) Kitabı bitirdiyim zaman olub-bitənlərin təsirindən bir müddət çıxa bilmədim. Əgər düzünü qeyd etmək gərəkərsə, təsirindən çıxmaq belə istəmirdim. Bilmirəm, bunu düşünmək qəlbimə ağrı versə də, mən yenə də düşünmək istəyirdim.. Hələ də beynimdə bəzi sual işarələri.. Niyə? Niyə Joze Mauru di Vaskonselos Portuga’nı öz əsərində öldürmüşdü? Niyə? Axı o ölməməli idi.. çünki Zeze’ni anlayan tək insan o idi… Onun düşüncələrini başa düşən, onu “möcüzə uşaq” sanan.. Hər kəs ona qarşı olarkən, o onu başa düşürdü.. Düşüncəmə görə, yazar Portuga’ya onu öldürməklə yetərincə haqsızlıq etmişdi.. Hələ Zeze.. Onun xəyalları.. Hər şey yarım qalmışdı. Zeze’nin yanında rahat olduğu tək insan Portuga idi.. Həyat bizə öyrədir ki, “çox sevdiyin və yanında həqiqətən rahat olduğun birinə öyrəşmə, yoxsa O’nu itirdiyin zaman həqiqətən çox acı çəkmiş olacaqsan”.. Portuga’nın da Zeze’yə dediyi kimi: “Heç vaxt səninki kimi şəfqətə susamış belə balaca bir qəlb görməmişdim. Ancaq sən mənə bu qədər bağlanmamalısan, bilirsən?…” - bu cümləni 3-4 dəfə diqqətlə oxumuşdum.. Sırf bu cümlədə çox şey gizli idi. Artıq bir-birilərindən uzaqlaşmaq məcburiyyətində qalacaqlarını təxmin etmişdim.. bu belə də olmalı idi, bəlkə də.. çünki gözəl şeylər heç vaxt sonsuz olaraq qalmır… Kitab, düşüncəmə görə, başqa cür də bitə bilərdi, “xoşbəxt son” da ola bilərdi məsələn.. Amma, bəlkə də, əgər “xoşbəxt son” olsaydı, bu qədər təsirli olmazdı və bu qədər gözyaşı axmazdı… Portuga’nın ölümünə gözyaşlarımı dayandıra bilmirdim, həm də avtobusda.. əsəbimdən kitabı bağladım və davam etmək istəmədim.. çünki ağladıqca ağlayırdım və insanların bunu görməsini istəmirdim, amma ardının necə olacağı maraqlı idi buna görə də oxumağa davam etdim.. əslində hər yerdə ağlaya bilərik, elə deyilmi? Fərq etməz, metro, avtobus və ya heç kimin səni görmədiyi bir yer.. Həyat Zeze’nin ona həqiqətən də yaxşı gələn şeyləri əlindən almışdı.. Həm Portuga’sını, həm də Şirin Portağal Ağacını…
Düşünce
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018275,2bin okunma
·
108 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.