Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

275 syf.
8/10 puan verdi
·
10 günde okudu
Fantastika/mistika
Kitabı "2022 Cinciva Oxu Marafonu"nda (#150936137) mövzuya uyğun olaraq, may ayında (mistika aləminə səyahət) oxumaq üçün seçmişdim. Kitabın qısa məzmunu;
Bir Cüt Qanad
Bir Cüt Qanad
Adından da göründüyü kimi, məsələ elə bir cüt qanadın üzərində qurulur. Uriel (Baş mələk), yüz illərdir cəhənnəmdə əzab çəkən bir günahkara - Emmanuelə yaxınlaşır və ona verəcəyi tapşırığı yerinə yetirməsini və əgər yerinə yetirsə, onu bir cüt qanad sahibi edib, cəhənnəmdən xilas edəcəyini vəd edir. Baş qəhrəmanımız, Clara atasının faciəvi ölümündən sonra heç nə xatırlamır və özü belə bilmədən dəlixanaya aparılır. Kitabın əsas obrazlarını (Clara, Emmanuel) çox, çox sevdim, ən əsası gülməli dialoqlarını. Yazıçının geniş xəyal dünyası var, hadisələrin baş vermə ardıcıllığı, gedişatı əladır. Əsas obrazların davranışları kitabı sevməmin əsas səbəbidir. :') Amma kitabda iki əskik hiss etdim: 1. Məncə, kitabda cümlələrin ifadə edilmə tərzi zəif idi. Bədii təsvir vasitələrindən bir az da, istifadə edilsəydi, cümlənin/fikirlərin təsirediciliyi artardı. 2. Kitabın sonunu heç belə sadə gözləmirdim. Kitab elə bir yerdə bitti ki, sanki hər şey yarıda qalmış kimi hiss etdim. Sadə bir sonluqla bitti kitab. :))) Əsəri sevdim amma, bu əskiklər olmasaydı tam puan verərdim. Sadəcə, hadisələrin danışılma tərzinin bir az zəif qaldığını düşünürəm. Bundan əlavə, əgər fantastika/mistikanı sevirsinizsə, macəralı bir şeylər oxumaq istəyirsinizsə, yaxşı seçim ola bilər. Sağ olun, kitabla qalın !
Bir Cüt Qanad
Bir Cüt QanadMurad Cəfərov · Pergament Nəşriyyat · 201752 okunma
·
1.519 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.