Gönderi

Həyatın ucqarlarında bir yarımadaya Yığılmış boş çoxluq Bir tərəfdə sivilizasiya səsləri Qalanında yoxluq.. Tox adamların aclara diş göstərmədiyi Ümidlərin yeyələriylə ölmədiyi Ağ şəhər, qara şəhər Ödü ağrıkəsicisiz götürülmüş Mədəsi xora şəhər, Uzaqdan necə də ulu görünür. Üzüm tənəyi. Sudan əlini üzmüş, Gələcəyi azmış adamlar sanı Üzünü inanmadığı Allaha tutub Hər balasını dünyaya  son ümid kimi gətirir Özü ən ucqardaki ən axırıncı bazara kimi çıxarır, satır. Qayıdıb, hamı ölənə kimi yatır. Laylay dedim yatma heç, Qızıl gülə batma heç. Başqa bəndin qalmayıb Cavab:- A Ölüm,-seçç...mə. Getməyə tələsmə, daha heç bir yol sizə aparmır, Elə üz üzəykən əvvəlcə pisdən yaxşını Çirkabdan təmizi Neftdən dənizi Səndən məndən bizi ayır. Pas atmış dəmir darvazalı qəsr, Özünü arada torpaq kimi aparan qum. "İyirmi birinci əsr" stansiyasından 2 əsr əvvəldə yerləşən Dəniz qoxusunun sintetik əvəzedicisindən bihuş bağ əhalisi. Qara-qışqırıq cəngisi, post-dənizə plansız hücum. Tut əlimi, suya girəndə gözlərini yum.
175 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.