Gönderi

Vay be! 8 ay olub.. Günlük tutmanın müsbət və mənfi yönlərini yazım. 1 - İnsan özünü dinləyən dost tapmış kimi rahat olur, özünə belə etiraf edə bilmədiyi cümlələri ora yaza bilir. 2 - Gününün necə keçdiyini yazmaq yaxşı hiss etdirirdi bəzən. Ən azından başqalarına deyə bilmədiyim bəzi şeylərin boşa getmədiyini düşünürdüm. 3 - Yazmağa başladıqda fikir verdim ki ən boş deyə biləcəyim bir günü belə tamamilə yazmaq qeyri-mümkündü. Əslində bilməsək də, boşa keçən gündə də çox detallar olur. 4 - İnsan özünə yad gözlə baxır. Yenidən oxuduqda, həqiqətən beləmi yazmışdım vaxtında deyə düşünür. 5 - Yanında olan insanları, hadisələri daha yaxşı analiz etmək olur. Mənfi 1 - Yaşadığın acıları, kədərləri ora yazıb bir müddət sonra oxuduqda, eyni şeyləri yenidən yaşıyırsan sanki. 2 - İnsan özünə yad gözlə baxır. (Bu bəzən qorxuducu olur.) Xülasə: Bir vaxtlar sevərək gündəliyə yazdığım insanın (insanların) keçən günlərdə 'adını demək istəmədiyim şəxs'ə dönmələrini gördüm. Bir müddət sonra bəzi münasibətləri o qədər yaxşı analiz etmişdim ki, hər mesajlarındakı səmimiyyətsizliyi görə bilirdim. (Heç bəlkə, özləri yazarkən bunların fərqində olmayıb.) Sonra da ayrılıq qaçınılmaz olur. Gündəlik həqiqətən insana dost kimi duyğu verir. Amma hər vaxt köməyə gəlir demək də doğru olmaz. Yenə də bu gündəliyi bitirər-bitirməz zibilliyə atacam. (Gələcəklə bağlı bəzi yazılara yenidən göz atıb not götürdükdən sonra.) Bir gündəliyin vəzifəsi də bu olmalıdı, dərdlərini yaz, bir şeylər öyrən, sonra da onlardan qurtul. Sevgili Doğan Cüceloğlu'na ən içdən təşəkkürlərimi bildirirəm. Bir az da olsa özümü daha yaxşı tanımış oldum.
İsmayıl Əliyev

İsmayıl Əliyev

@Ismayilaliyev
·
2y
Duygularımıza defter tutalım.. Bizi rahatlatsın, yazalım, yazalım; yorulalım. Tekrar yazalım. youtube.com/watch?v=AUKL5BOs8OE
·1 quotes·
474 views
Ayçilər okurunun profil resmi
Mənim sevimli rutinimdir günlük yazmaq :) Ötüb keçən zamanı, həyatımıza gələn, gedən insanları, mühüm dərslər çıxara biləcəyimiz hadisələri və onların bizə təsirlərini daha dərindən anlamaq üçün əla vasitədir fikrimcə :)
İsmayıl Əliyev okurunun profil resmi
Qatılıram, həqiqətən elədir. Lakin mənim gündəliyim ancaq acılardan ibarətdi deyə yazmaq yaxşı, amma oxumaq yaxşı hiss vermir. Yenə də bir gün yazmaq istiyərəm. Sizin adınıza da sevindim :)
Aygün Rzazadə okurunun profil resmi
Zibilliyə atmaqdansa kül etmək daha rahatladıcıdır :)
İsmayıl Əliyev okurunun profil resmi
Bəlkə də elədi, yoxluyacam 🙂
Nurlan okurunun profil resmi
Ən çox 2 həftə yaza bildim (Mart ayında). Sonra həvəs azaldı. Xülasədəki ilk cümlə 👍🏻
İsmayıl Əliyev okurunun profil resmi
Ara-ara yoxlayın. Bəzən gündə iki dəfə yazarkən, bəzən həftələrlə yazmırdım, dəyişə bilir. (Çox vaxt, nəyisə dayanılmaz ölçüdə danışmaq istədikdə yazırdım.)
Aria okurunun profil resmi
👏🏻👌🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.