Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

492 syf.
9/10 puan verdi
Bu kitabdan sonra hisslərim o qədər qarmaqarışıqdır ki, hardan başlayım hardan bitirim bilmirəm. Oxuduğum ən sarsıdıcı kitablardan biri də “Son kız” kitabı oldu. Oxuduqca əllərim tərlədi, içim ürpərdi və fikirləşdim ki, əgər, mən oxuyub belə oluramsa bu hadisələri canlı yaşayan bu qadın və onun timsalında minlərlə qadın bu dəhşətləri necə yaşayıblar axı?! Ən dəhşətlisi də, bu hadisələri canlı yaşayan bir qadının, yaşadıqlarını sətirlərə yazmağıdır. Bu ürəkağrıdıcı travmaları yaşayan bir insan üçün heç də asan bir şey deyil. Yəqin ki, yezidilər haqqında eşitmisiz. Dini inancları fərqli olan bu insanlar İraqın şimalında bir neçə ərazidə yerləşiblər. Nadia və ailəsi Koçoda yaşayan kasıb ailədən biridilər. 2014-cü ildə İŞİD bu ərazini işğal edir. Torpaqları ələ keçirib cavan, qoca, uşaq demədən insanları istismar ediblər. Nadia da İŞİD-in dəhşətlərini yaşayan, həyatı kabusa dönən yüzlərlə yezidi qadınlardan biridir. Nə var ki, müsəlman deyil və buna görə təcavüzə, işgəncələrə məruz qalır. Pul qarşılığında başqa kişilərə satılırdı. Çünki İŞİD dininə, qanunlarına görə o “kafirdir”. Özlərini “müsəlman” hesab edən bu terror təşkilatı, yazdıqları qanunlara əsasən dini inancı müsəlman olmayan hər kəs öldürülə, taciz edilə, satıla bilərdi. Hətta həddi buluğa çatmamış qızlara qarşı da bu işgəncələri edirlərmiş :( Bu onlar üçün haqq hesab olunurdu. Və mən bunları oxuduqca dəhşətə gəlirdim. İslamı bu “insanlar” necə ucuzlaşdıra bilər axı? Düzdür, kitabda bəzi yerlərdə Nadianin müsəlmanlar haqqında sevmədiyim fikirləri olsa da, düşünürəm ki, bu Nadianın yaşadığı həyata görə öz doğrularıdı. Çox təsirli kitabdır, həm də, bir o qədər də həyəcanlıdır. Ümid edirəm elə bir gün olacaq ki, insanın insana etdiyi zülm bitəcək və ən əsas da qadınların, uşaqların istismar edilmıdiyi bir dünya olacaq. Kitablarla qalın
Sonuncu Qız
Sonuncu QızNadia Murad · Teaspress Nəşriyyatı · 0684 okunma
·
428 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.