Gönderi

144 syf.
8/10 puan verdi
·
Read in 5 days
Hər insan ölümə məhkum olunmuş müddətli yaşayan dünya sakinidir. Hər birimiz bilirik bir gün öləcəyik. "Öləcəyini bilə bilə yaşayan tək canlı insandır." Sadə görünən ancaq dərin mənası olan cümlədir. Kimin nə zaman canını tapşıracağı bəlli deyil. Bir sanisə sonra belə var olacayıqmı bəlli deyil. Ancaq ölüm dəqiqəsi və günü dəqiqləşdirilmiş birinin gözündən baxdınızmı heç həyata? Giyotin, eşafot! Neçə ruhu təslim alan, neçə başın "sevdalısı" bu qurğu 'dəhşət tamaşası' nın baş rol aktyorudur. "Axı cəlladlar mehriban olur" deyir məhkumumuz. Bu söz çox təsir etdi mənə...Bizlər də cəlladımıza aşiq yaşamırıqmı həyatı? Fransada keçirilən edamlar haqqında
İki Şehrin Hikâyesi
İki Şehrin Hikâyesi
kitabında oxumuşdum. Giyotinlə ilk o kitabda tanış olmuşdum. Sonra isə " Kəpənək" avtobioqrafiq filmində izləmişdim. Filmdə İf qalasında ömürlük həbsə göndərilən məhbuslar qaçmağa cəhd edərsə, ilk dəfə xəbərdarlıq edilir, ikinci dəfə isə giyotinlə həyatına vəda edir. Ürəyi zəif olmayanlara tövsiyyə edə bilərəm. Çox maraqlı filmdir. Gələk kitabımıza. Kitabı oxuyarkən edam üsulu fərqli də olsa, izdirabları eyni olan məhkumun ölüm qabağı düşüncələri mənə
Yaşıl Mil
Yaşıl Mil
filmini xatırlatdı. #169915503 Bu səhnədə filmdəki məhbusların ölüm qabağı əzablarını xatırladım. Kitab oxuyacaqlarım siyahısındadır. Yenə təkrar edirəm; Ürəyi zəif olmayanlar izləsin. Hər izlədiyimdə göz yaşlarıma hakim ola bilmədiyim filmlərdəndir. Məlumat üçün deyim ki, filmin son səhnəsi aktyorların göz yaşlarına hakim ola bilməmələrinə görə 12 dəfəyə çəkilib. Hə, harada qalmışdıq?! Ölümə məhkum olanın son məktubunda. Can çıxmayan bədəndən ümid kəsilməz deyiblər. Ümidini itirmədən qurtluşuna inamı olan məhbus. Oxuyarkən yanınızda ürək dərmanı saxlayın. Ölümə bir məhbusun gözləri ilə baxmaq...Azadlığın necə böyük nemət olduğunu bilirsinizmi? Məhbus həyatından bir çox kitab oxumuşdum. Həyata onların prizmasından baxmaq insanı vicdanı ilə baş-başa qoyur. Deyəcəksiniz ki; " Cinayət işləməyəydi!" Bəli, hər kəs etdiyi əməlin cəzasını çəkməlidir. Ancaq ölüm cəzasını yalnız Allah verə bilər. Bir qarışqa belə yarada bilmiriksə bir can almaq həddimizə deyil. İnsanları islah edərkən cəza metodu olaraq insan olmağı öyrətmək çətin olduğu üçün hər halda canını almaq üsulu seçilib. Bu barədə çox danışa bilərdim, ancaq.... Yerli tv kanallarımızdan birində "Rezonans" deyə bir veriliş var. Məhbusların öz dillərindən törətdikləri cinayətlər lentə alınıb. Peşmançılığın son həddi necə olur, onlar daha dəqiq bilir. Kimsə bu dünyada məhbus olmaqdan siğortalanmayıb. Hələ tarixə nəzər yetirsək, ömrünü boş yerdən zindanda keçirdib, sonrada təmizə çıxanlar da var. Kompensasiya ilə yola salınıblar. Bir ömrün bədəli neçə mindir? Ölüm hökmü bir ömrün bədəlini belə ödəməkdən məhrum edir. Çox var yazacaqlarım, vaxtınızı daha çox almayım. Yaxşı ki, oxudum. Ürəyiniz tab gətirəcəksə, oxuyun. Kitabın yeganə sevmədiyim xüsusiyyəti önsözün çox olmasıdır ki, o da dərin məna kəsb edir. Sona qədər oxuduğunuz üçün minnətdaram.
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0122.3k okunma
··
2,045 views
nazli huseynzade okurunun profil resmi
Əməyinə sağlıq. Mən də oxuyanda çox təsirlənmişdim. Əsərin qəhrəmanının niyə edam cəzasına məhkum olunduğu bilə bildin mi? Bəlkə mənim diqqətimdən yayınıb🙈
Kitabsever okurunun profil resmi
Çox sağ ol, canım. Orada bir hissə var orada. Deyir ki, mənim həyatım. Sora belə bir qeyd edir ki, bu hissə tapılmayıb. Ya məhkumun buna vaxtı çatmayıb, ya da bu hissə ümumyyətlə tapılmayıb. Yəni verilmir kitabda
6 next answer
Bu yorum görüntülenemiyor
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.