Gönderi

Bir gün mən olmasam...
Bir gün mən olmasam qəribsəyərsən? O mənsiz gözlərin yaş tökərmi heç? O mənsiz dünyadan nə istəyərsən? O mənsiz gözlərin yol çəkərmi heç? Bir küləkli axşam,yağış gecəsi Durub üşüyərsən soba dibində Onda qırılacaq qəlbinin səsi Onda darıxacaq dərdin içində Bir anlıq gözünü dikib güzgüyə Sığalsız saçını qoxlayacaqsan Təzə bir xatirə tapasan deyə Köhnə əl çantanı yoxlayacaqsan Doğmalar səninlə bir olmayacaq Elə ümidlərin qovacaq səni Dərdini deməyə yer olmayacaq Qəbristan yolları yoracaq səni Əyər elə olsan dəyişəcəksən Dərdin yandıracaq səni od kimi Bütün dünya ilə döyüşəcəksən Tənha olacaqsan son ümid kimi Məzarım üstündə güllər solacaq Sarmaşıq saracaq başdaşımı da Gündə neçə kərə gözün dolacaq Silən olmayacaq göz yaşını da Uçuq pəncərəli can qəfəsimi Yeddi qıfıl ilə bağlayacağam Ovcuma üfürüb son nəfəsimi Səninçün sabaha saxlayacağam... © Elçin Mirzəbəyli
·
197 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.