Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

392 syf.
·
Puan vermedi
Bu kitab oxuduqlarım arasında ən bəyəndiklərimdən biri oldu. Cek Londonun poetik, şairanə təsvir və təhkiyəsi xüsusilə diqqətimi cəlb etdi. Əsasən, ilk səhifələrdəki poetik dil əsəri oxuyarkən mənə lirik bir şeirin oxusundan aldığım həzzi bağışladı. Əsərin məzmununa gəlincə isə, yazıçı bu əsərdə bir sıra həyati problemlərə toxunmuşdur: insanlara mənsəb və vəzifələrinə, o cümlədən, siyasi baxışlarına görə münasibət, cəmiyyətdə mövcud olan bir sıra klişelər, məhəbbətin bu klişelər qarşısında məğlubiyyəti, "sürü psixologiyası" və s. Cek Londonun yaratdığı obrazlar ideal olmasalar da, mükəmməl obrazlardır. Bu obrazlar dövrün amerikan cəmiyyətini (obrazların xüsusiyyətləri təkcə ovaxtkı amerikan cəmiyyətinə yox, eyni zamanda indiki Azərbaycan cəmiyyətinə də aid edilə bilər) tanımağımızda böyük rol oynayırlar. Kasıb bir matros olan Martin İdenin öz sevdiyi qızın mənsub olduğu mühitdə qəbul olunmaq üçün etdiyi cəhdlər və mübarizə diqqətəlayiqdir. Lakin bu cəhdlər onun ətrafı və sevgilisi tərəfindən düzgün qiymətləndirilmir. Nişanlısı Ruf davamlı olaraq ona bu boş işlərin "başını buraxıb" bir "qulluğ"a girməyi məsləhət görür (müasir Azərbaycan cəmiyyətində də tez-tez bu hala rast gəlmək mümkündür). Lakin Martin nə vaxtsa bu işin bəhrə verəcəyinə inanır və böyük səylə bunun uğrunda çalışır (bu xüsusiyyət yazıçını digər əsərlərindəki obrazlarda da geniş müşahidə olunur). Rufun ailəsi onların nişanını pozmağı bacarır. Ruf da, loru dillə desək, "camaat nə deyər?" prinsipini əsas tutaraq buna etiraz etmir. Cəhdlər nəticəsində Martin İden dünyaca məşhur bir yazıçı olmağa nail olur. Əvvəllər onu saymayan insanlar artıq ona dərin "hörmət" bəsləməyə başlayır. Hamı bir qayda olaraq Martini "nahara dəvət eləməy"ə çalışır, nəşriyyatlar onun əvvəl rədd etdikləri əsərlərini çap edir, Ruf ailəsinin təkidi ilə Martinin ayağına gəlib yenidən münasibətlərini bərpa etməyə cəhd edir. Əsərdə təsvir olunan hadisələr oxucu üçün heç də yad deyil. Məgər yaşadığımız cəmiyyətdə də bu hadisələrlə davamlı olaraq qarşılaşmırıqmı? Əsərin baş qəhrəmanı bu eybəcərliklərə şahid olmamaq üçün çıxış yolunu əbədi olaraq ətrafındakılarla və dünya ilə sağollaşmaqda görür.
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,3bin okunma
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.