Azacıq spoiler ola bilər :)
8/10
·496 syf.··
2022 20. kitabı
·
14 günde okudu
·
Okunma: 24 Haziran 2022 13:02
Tolstoyun qələmindən çıxmış gözəl bir romandır. Bu romanda da 19-cu əsr Rusiyasının ictimai həyatında mövcud olan problemlərə geniş yer verilmişdir. Roman 3 hissədən ibarətdir. Birinci hissədə əsərin baş qəhrəmanlarının hekayələri əks etdirilmişdir. Onların xarakter və yaşayış tərzlərində cəmiyyətin rolundan söz edilmişdir. İkinci hissədə əsas mövzu Rusiya kəndlilərin yaşayış tərzi və torpaq münasibətlərindəki çatışmazlıqlar tam geniş bir təfərrüatla qeyd edilmişdir. Üçüncü hissədə isə məhkəmə sistemindəki çatışmazlıqlar, məmur özbaşınalığı, qanunsuzluqlar, həmçinin inqilabçılar haqqında danışılır. Əsər boyunca Nexlyudov müxtəlif suallar üzərində düşünür və öncə bu sualların cavabını siyasi-fəlsəfi kitablarda axtarır. Lakin istədiyi cavabı daha doğrusu onu tam qane edəcək cavabı tapa bilmir. Sonda isə o axtardığını dində "İncil" kitabında tapır. Roman daha çox Rusiyanın daxili problemlərini işıqlandıran bir əsər olsada oxumağa dəyər :)
1000Kitap
DirilməLev Tolstoy · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201621,6bin okunma
·
177 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.