10/10
·344 syf.··
2022 19. kitabı
Bir şizofreniya hekayəsi daha.... 21 yaşlı Elza Sahab ailənin tək və ərköyün övladı. Valideynlərinin onu çox sevməsinə rəğmən onlarla düzgün münasibət qurmağı hüç cür bacarmayan, hər gənc qız kimi dərdi universitet, geyim-keçim, sevgi macəraları olan Elza üçün bir gün hər şey tamamilə dəyişir. Rəfiqəsi Sabrinanın ad günü üçün çox sevdiyi qara donu geyindi, anasının təkidi ilə saçlarını topuz yığdı, şapka taxdı, taksiyə mindi, tək dərdi vaxtında çatmalı olduğu parti ikən özünü komada tapdı. 1 aya yaxın komada qalan Elza oyandıqda artıq onun üçün çox şey dəyişmişdi, o bu dəfə həqiqətən yaşamağı, insanların düşüncələrinə aldanmamağı seçmişdi. Ölüm dadan Elza bu dəfə bütün xəyallarını həyata keçirmək istəyir və bir siyahı hazırlayır. Elə hər şey bununla başladı... Universitetdən çıxmaq, motor almaq, Kaliforniyaya getmək, barda işləmək kimi xəyallarını həyata keçirən Elzanın tək bir arzusu qalmışdı. Maraqlı birinə keçmişi barəsində roman yazdırıb onu oxumaq. Bunun üçün Bendy Vuen seçildi, sarı kapşonkalı, əlləri qan içindən, ruhu çəkilmiş Bendy. 21 yaşlı Bendy uşaq vaxtı keçirdiyi bir qəzadan ötürü 10 yaşından öncəsini, ailəsini və yaxınlarını tanımırdı. Yetimxanada böyümüşdü. Onun gözəl səsi, heykəltaraşlıq və rəsm çəkmə qabiliyyəti var idi. İndi isə kiçik bir daxmada balığı Billi ilə yaşayır, "Evernest"də musiqiçi kimi işləyirdi "Evernest"də işlədiyi günlərdən birində İnarə Vahidlə rastlaşan Bendy ona aşiq olub, onu axtarmağa başlayır. Və sonda tapır. Hər gün Neft Universitetinin qarşısındakı palıdın altındakı mavi skamyada onun Forddan enişini gözləyən, onu izləyən Bendy sonunda İnarla danışa bilir. İnar Bendylə danışdıqdan sobra əslində onların uşaqlıq yoldaşı olduöu ortaya çıxır. Bütün günü birlikdə keçirdikdən İnarı yola salan Bendy üçün bu son vidalaşma olur... Bir gün dəniz kənarında Enovarla tanış olan Bendy onun evinin olmadığını öyrəndikdə öz evində qalmasını təklif edir, bununla da onların dostluğu başlayır. Enovar ona ailəsini öldürdüyünü deyir. Onkarın dostluğu da elə bu qədər qanlı olur, Bendyə hücum edən iki yekəpər, qonşu pianist oğlan, Aylin, Aynel, aynelin atası və Bendy... Elza Sahabın başına düşən kərpic parçasının günahkarları belə artıq onlardı. Bir gün yenə "Evernest"də İnarə ilə qarşılaşan Bendy üçün hər şey yenidən başlayır. Onlar bir ay sevgili olur və gəlib çatır iyunun 4-ü,yəni İnarın ad gününü. Günlərdi bu günü gözləyən Bendy hazırladığı heykəli də götürüb Vahabların evinə yola düşür. Lakin artıq onlardan sadəcə İnarın anası xanım Sahab qalmışdır. Bu görüş Bendyni dərin yuxudan oyadır, Aynelin əslində İnarın bacısı olduğunu və onun bacı və atasını öldürdüklərini öyrəndikdə dərin sarsıntı keçirir. Bununka da qalmayıb, əslində İnarın 3 ay öncə xalasıoğlu Timur Didari tərəfindən öldürüldüyünü eşidən Bendy üçün artıq hər şey bitmişdir. O Aylini deyil, İnarı, İnarını öldürmüşdü.... Bu günə qədər isə sadəcə onun xəyalı ilə yaşayırmış, onun xəyalı ilə görüşür, qucaqlaşırmlş, onun xətalı ilə Starbucksa gedir, göbələkli pizza yeyir, onun xəyalı üçün dalaşırmış insanlarla Böyük sarsıntı keçirən Bendy özünü Hallinas'da içərkən tapır. Hansı ki burda Elza işləyirdi, və elə Bendynin həyat hekayəsi ilə maraqlanırdı. Bendy onun romanını yazır və intihar edir. Onu oxuduqdan sonra bir də məktubla qarşılaşan Elza bu vasitə ilə polisə müraciət etmək qərarı alır. Elə bundan sonra hər şey ortaya çıxır Bendy Vuen 1994-cü ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olmuşdur. 1996-cı ildə Bendi iki yaşında olarkən atası Allan Vuenin Azərbaycanda Şotlandiyanın “DRİLLİNG EQUİPMENT LİMİTED” şirkətinin Bakıdakı filialının təmsilçisi seçilməsi ilə əlaqədar Vuenlər ailəsi Bakıya köçür. Uşaqlıqdan onu sevən hər şeyə nifrət edən balaca Bendy ailədə saxladığı heyvanları gizlicə öldürərdi. 2006-cı ildə isə atası Alan Vueni, anası Syuzan Vueni və qonşusu İnarə Vahidi güllələmişdi. Nəticədə atası və anası həmin gecə vəfat etmiş, qonşusu İnarə Vahid isə,sadəcə, yaralanmışdı. Polislər və ətrafdakı insanlar bu cinayəti Vuenlərin evinə daxil olmuş oğru tərəfindən törədildiyini zənn etdilər. Ailəsini öldürdükdən sonra intihar etmək istəyən Bendinin cəhdi uğursuz olur və sadəcə, yaddaşını itirir. Adətən Ağır rock mahnılar ifa edən “Killing the world” Rock Qrupunun qatı fanatı olan balaca Bendy uşaqlıqda həmişə bu qrupun çılğın solisti Enovara McDonaldı özünə kumir seçmişdi. Onun oyuncağını alaraq həmişə yanında gəzdirər, onunla danışardı.
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017624 okunma
·
145 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.