Gönderi

160 syf.
9/10 puan verdi
Ayaz Ğıylecev "Yara" əsərinin təhlili
Tatar ədəbiyyatından oxuduğum ilk əsər Ayaz Ğıylecevin qələmindən " Yara " romanı oldu. "Yara" romanını oxuduğum bir neçə əsərlə bənzərlik təşkil etdiyini düşünürəm.Məsələn sovet dönəmi kənd həyatının təsviri Aytmatovun "Torpaq Ana" və ya "Cəmilə" əsərini xatırladırdı.Mövzusunun dərinliyi isə əsasən Marquezin "Palkovnikə Məktub Yoxdur" əsəri ilə oxşardır. "Yara " İkinci Dünya Müharibəsi zamanında oğlu Ğabdullahı gözləyən ata Süleyman , ana Züleyhanın və sevdiyi Zeytunənin ümid və kədər dolu hisslərini bizə yansıdır.Ayaz Ğıylecevin qələmindən ümid hissinin insanı necə ayaqda saxladığını , bütün həyatına hakim qıldığını oxumaq həqiqətən də əvəzolunmaz idi.Eyni zamanda müharibənin kədər dolu yanını dəfələrlə ölümdən dönən Ğabdullah , Şekür kimi obrazlarla uzun uzun , Gavril Pokal kimi obrazın dilindən qısa bir cümləylə oxucuya göstərir.Şekürün çörəyi , çayı qoxlayaraq hiss edərək yediyi , içdiyi hissə həqiqətən çox şedevr idi. Marquez "Palkovnikə Məktub Yoxdur" əsərində "Ümid qarın doyurmaz ama insanı ayaqda saxlayar " demişdi. Ğıylecev də bunu görürük amma məncə Ğıylecev Marquezdən daha güclü və təsirli əsər ortaya çıxarıb. Sadəcə Süleyman və Züleyhanın həsrətindən uzun-uzun bəhs edib əsərin təməlini yaratmasına rəğmən birdən birə sujet xəttinin fərqli bir istiqamətə yönəlməsi məncə əsərin əksik yanıdır.Sonluq da mənə görə çox təsirlidir amma hər halda mənə görə biraz daha uzun tutula bilər , ata və ananın kədərini yaşadıgımız kimi sevinc hisslərini də Ğıylecevin usta qələmindən oxuyub yaşaya bilsəydim. Sadəcə özümə yazdığım təhlilimi burada bitirir buna rəgmən özümə xatırladıram ; Şedevr bir əsərdir.Yaxşı ki,Tatar ədəbiyyatı və onun ən tanınmış siması Ayaz Ğıylecev ilə tanış oldum...
Yara
YaraAyaz Gıylecev · Palto Yayınevi · 201810 okunma
·
79 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.