Gönderi

348 syf.
9/10 puan verdi
·
Read in 10 days
Never Let Me Go
Kitab klubumuzla birgə iyun ayına özəl seçilmiş kitab - "Məni heç vaxt tərk etmə". Kazuo İşiquro qələmindən oxuduğum bu ilk kitab məni yetərincə qane etdi. Mövzusu, axıcılığı, məzmunun fərqliliyi, təkrarlar və standartlar silsiləsindən kənara çıxması kitaba maraqlı bir hava və özəllik qatır. Janr baxımından elmi-fantastik və distopik qeyd edilsə də, kitabın mütaliəsi zamanı mənə o distopiya təsvirini bəxş etmədi, doğrusu. Yazıçı kitaba daha duyğusal və öz tərzində yanaşıb, bunu sevdim. Ən çox təsirləndirən məqamlar olaraq isə Keti, Tommi, Ruth və digər iki şəxsin birgə Rutun "mümkün" adamını izləmək üçün yola düşmələri və bunun ardından Rutun yaşadıqları, içində olmağa məcbur olduqları bütün hər şeyə görə dünyaya qəzəblənməsi və acı həqiqətləri hayqırmasını qeyd etsəm, bütün bunlar olduqca təsirləndirmişdi məni. Və əlbəttə ki, Norfokl'da baş verənlər. Norfokl'un hələ real bir məkan olub-olmadığı bəlli deyilkən, diqqətimi çəkmişdi. 1 balı qırdığın yeganə məqam Keti'nin danışıq stilində idi, bütün məsələləri açmaq üçün çox keçmişlərə qayıtması. Amma bu da, qətiyyən, kitaba ön yarğılı yanaşmaq üçün keçərli səbəb deyildir, şəxsimə dayanaraq mənə bir az sıxıcı gəldi sadəcə, bu qədər. Mütaliəsi zamanı kitabla paralel "Never let me go" filminin musiqilərindən hazırlanmış playlist'i dinləmək də ayrıca bir zövq idi (️The Pier️) Həqiqətən də, musiqi oxucunu daha dərinlərə aparırdı kitabla birgə. Kitaba başladıqdan sonuna kimi müzakirəsini etdiyim, fikirlərimə ortaq olan
Aceso
Aceso
-ya ayrıca təşəkkürlər️
Məni Heç Vaxt Tərk Etmə
Məni Heç Vaxt Tərk EtməKazuo Ishiguro · Teas Press Nəşriyyatı · 20177.9k okunma
·
649 views
Aria okurunun profil resmi
Qısa və öz, əllərinə sağlıq👌🏻❤. Oxumaq üçün daha da, həvəsləndim🤩
Samirə Abbasova okurunun profil resmi
Təşəkkür edirəmm❣️ Dünən bitirmişdim əslində, bu günə yaza bildim incələməni) Sona ilə mən kitabı sevdik, hətta Sonanın 1 nömrəli kitabı. Bəyənərsən, məncə. Hər zamankılardan daha bir fərqli kitabdır çünki.
1 next answer
Aydın okurunun profil resmi
Salam, tərcümə baxımından yaxşı idi kitab? Türk dilində mi alım yoxsa Azərbaycan dilində alım qərarsız qalmışam
Samirə Abbasova okurunun profil resmi
Salam. Mən Azərbaycan dilində tərcüməni çox bəyəndim. Belə açıqlayım ki, ilk başda türkcə oxumağa başlamışdım, amma heç də gözəl bir təsir qoymamışdı türkcə bu kitabı oxumaq, zülüm çəkdirdi. Amma Azərbaycan dilində çox rahat və maraqla irəlilədik. Bu səbəbdən də, Azərbaycan dilində deyərəm mən)
1 next answer
Aceso okurunun profil resmi
Sən də sağ ol❤️ mənim üçün də çox gözəl oldu. Bu kitabı özəl edən səbəblərdən biri oldu müzakirə etməyimiz. 🫂❣️
Samirə Abbasova okurunun profil resmi
❤️🫂✨
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.