Gönderi

272 syf.
6/10 puan verdi
Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası bəlkə də Əlibala Hacızadənin yaradıcılıq zirvəsidir. Burda sadəcə İtkin gəlin barəsində danışmağım deyəsən daha yaxşı olacaq... Personajlar: Elməddin Əfsanə Səbihə Yusif Həzrətgül Xədicə Nazənin Zümrəy Cahan Qulam Ətiqulla Nəcməddin Dünya Siracəddin Əbdül Əhədulla Məhəmməd Şəfi Rəhgüzar Məleykə Bəbrək, Rəbiə, Jalə Hadisələr Ədnan qəryəsində bərqərar olur. Səbihı arvad atasız iki övlad böyütmüşdü: Elməddin və Yusif. Yusif böyük oğlu idi, təhsilsiz idi, lakin şəhərdə kiçik bir dükanı var idi, elə şəhərdə də qalır, hərdən ailəsinı baş çəkirdi. Elməddin isə kiçik oğlan idi, məktəbi əla qiymətlərlə bitirmiş, imkan olmadığı üçün təhsilini davam etdirməmişdi. Novruz bayramı günüydü, Yusif gəlməliydi. Lakin gecikor, anası isə çox nigaran idi. Bəlkə Elməddinin də fikri xəyalı Əfsanədə olmasa bu nigarançılığı hiss edərdi. Əfsanə kəndin bədbəxt gözəli, 6 yaşında bütün ailədini itirfikdən sonra dayısı Həzrətgülün evində qalmağa başlayır. 10 ildə Həzrətgülün arvadı Xədicə qıza hər zülmü etməkdən çəkinmir, verdikləri bir tikə çörəyi misliylə burnundan gətirirlər. Elməddin Əfsanəyə vurulmuş, son görüşlərində ailəsini göndərəcəyini, bu gün onun üçün də şam yandıracağını deyir. İki gənc də sevincliydi... Sonunda evə gələn Yusif Elməddin üçün heç də xoş xəbərlər gətirmir. O evlənmək istədiyini, özü də Əfsanə ilə evlənmək istədiyini deyincə Elməddinin dünya başına yıxılır, lakin ağız açıb bir kəlmə belə deməyi özünə ar bilmir. Həzrətgül Əfsanəni Yusifə 50000 rupi qarşılığında verir, daha doğrusu satır. Həzrətgül əsərdəki ən ləyaqətisiz adamlardan biridir mənim üçün , Nazənini özünə almaq üçün qızı Süsən qoca kaftarın birinə verməsinimi deyim, Əfsanəni satmasınımı... Nazənin Əfsanəyə qulaq yoldaşı, Xədicənin isə ürəyinə tikan olur. Nəysə, Əfsanə Yusif ilə evlənir, günlər axır, Elməddin getdikcə özünə qapanır yeməkdən içməkdən kəsilir, necə deyərlər, ciyər od tutub yanır, dönüb bir uf da demir. Elməddinin Yusifin qarşısına çıxmamağını heç bir ad verə bilmirəm, nə mənfi, nə müsbət, demək ki elə belə olmalıymış... Günlər keçib dolaşıb, ailənin bu "xoşbəxt" günlərinə son verməyə qərar verir. Hər gün qapısına sağılmış keçi gəlın Səbihə çoban Zümrəylə dalaşır, elə bu an Yusif də mübahisəyə qoşulur. Özündən tez çıxan, hövsələsiz Yusif Zümrəyin ölümünə səbəb olur. Yusif tutulur, bir müddət sonra məhkəmə, Zümrəyin anasının tələbi ilə çıxan ölüm qərarı, Cahan arvadın son məqamda Yusifi bağışlaması, elə o anda Yusifin xəbəri eşitməsi ilə ürəyinin partlaması ilə ailə böyük bir bədbəxtliyə düçar olur 1 il sonra Elməddinlə Əfsanə evləndirilsə də, Elməddin qardaşının arvadına toxunmağı özünə ar bilmir. Qadınlıq qüruru qırılan Əfsanə bir neçə həftə sonra evdən qaçır... Əfsanənin gedişi ilı peşman olan Elməddin onun arayışına çıxır, gəzmədiyi görmədiyi yer qalmır, lakin Əfsanəni tapa bilmir. Utancından kəndə qayıtmayıb şəhərdə özünə bir güzəran qurur. İlk günləri çox çətinlik çəksə də, "Pərçəm" və Şəfi ilə tanış olan Elməddin üçün yüksəliş başlayır. Elməddin şeir yazırdı və bir neçə dəfə Şəfinin ruznaməsində də (qəzet) onun şeirləri nəşr olunmuşdu. Şəfinin dostu Nəcməddin ilə tanış olur. O, olduqca varlı biriydi. Elməddinin xarakterini sevən Nəcməddin onu işə götürür. Ev verir, çörək verir. Elməddin də onun bu etdiklərini əvəzsiz qoymur, layiqincə işləyir. Nəcməddin şeirə, sənətə, və qadınlara düşkün idi, 2 dəfə evlənmiş 5oğul, 1qız atasıydı. Arvadları dünyasını dəyişmişdi, özündən dəfələrlı kiçik olan biri ni saxlayırdı. Hansı ki, o Dünyaydı. Siracəddindən satın aldığı su sonası. Əsərdə bir şey məni çox düşündürdü. Görəsən qadınları satanmı? Yoxsa alanmı? Bəlkə də elə qadınların özü... Bu müddət ərzində Nəcməddinin qızı Zərnigarla tanış olur, onlar bir-birini "sevir". Zərnigar ərköyün, qürurlu, insanlara daim yuxarıdan baxan, atasından fərqli olaraq şeiri, sənəti sevmir. Zərnigarın axınına qapılan Elməddin Əfsanə ilə qarşılaşması ilə özünə gəlir...
İtkin Gəlin
İtkin GəlinAlibala Hacızade · Elgün Nəşriyyatı · 201162 okunma
·
76 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.