Gönderi

344 syf.
10/10 puan verdi
·
25 saatte okudu
Yenə də qadın həyatı, taleyi, sağlamlığı...Oxuduqca düşünürdüm, bir insan bu qədər ağrıya, əzaba necə dözə bilər axı? Və yaxud hansı insan razı olar ki, başqa bir insanın başına bu müsibətləri gətirsinlər? Nəyə görə? Sırf hər hansısa axmaq bir adətə görə? Bəzi adətlər var ki, onlar həqiqətən də ənənəyə çevrilməyə layiqdir, hansı ki özündə müəyyən insani dəyərləri, prinsipləri daşıyır. Lakin bəzi adətlər isə məhz keçmişdəki cahilliyin nəticəsidir və onlar ənənəyə çevrilməməlidir. Varis haqqında isə onu deyə bilərəm ki, bu qadının əzmi və mübarizəsi qürur duyulasıdır. Ailə dəyərləri, sahib olduğun xırda şeylərə görə xoşbəxt olmaq və s. kimi anlayışlar isə bütün roman boyu Varisin həyatı vasitəsilə çatdırılır.
Səhra Çiçəyi
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 20143,014 okunma
·
69 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.