Gönderi

268 syf.
10/10 puan verdi
Polad Həşimov xatirələrdə Xatirə ədəbiyyatına aid oxuduğum növbəti kitab oldu. Bu gün Polad Həşimovun şəhidlik zirvəsinə yüksəlməsindən 2 il ötür. Daim qəlblərdə yaşayacaq, qəhrəmanlığı dillərdə-dillərə keçəcək. Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələnin Vəndam kəndində anadan olub. Generalliq rütbəsinə qədər yüksəlib. Çox sayda medallarla, ordenlərlə təltif olunub.Aprel döyüşlərində erməni qəsbkarlarina ağır zərbə endirib, işğalda olmuş torpaqların bir hissəsini geri qaytarıb.Daşkəsəndə öz hesabına məscid tikdirməsinə görə yerli camaat ona Polad Məscidi adını verib.Əsgərləri ilə birgə səngər qazıb,odun toplayıb,odun doğrayıb. O ön cəbhədə olan əsgərlərini daha çox sevirdi. Daim onlara baş çəkməyə gedəndə əliboş getmezdi.Öz hesabına şirniyyat, siqaret alardi.Düşmən postlarina gedib oranı təmizlədikdən sonra erməni traktoruyla geriyə qayıdır.Kazarmalara televizor qoydurur. Hamam tikdirir, hamami su ilə təmin etdirir.Əsgəri məzuniyyətə göndərən zaman həmişə cibinə yol pulu, xərclik qoyardi."Niva" markalı avtomobilini sataraq əsgərlərə yataqxana tikdirib. Əsgərlər tərəfindən daim sevilib. Gülər üzlü şəhidimiz qəhrəmanımız tarix yazdı. Öz hesabına daim əsgər üçün əlindən gələni edib. Amma özü kirayədə yaşayıb. Qəbələdə tikdirdiyi ev yarım qaldı... Arzuları yarım qalan şəhidimiz. Evli idi və 3 övladı vardi. Aybəniz,Davud və Teymur. Atalari onların daim oxumağını təhsil almağın istəyirdi. Kitablara xüsusi marağı vardi. Tarixi, riyaziyyati çox sevirdi. Evə işinə görə gec- gec gelsədə evə girəndə uşaqları ilə daim oynayar,maraqlanardi. Poladın vətənpərvər ruhda böyüməsində onun 41-45 də vuruşan babasının və tarix müəlliminin böyük rolu olub. Generalımız hüquqşünas olmaq istəsə də həmin dövrdə l Qarabağ müharibəsinin başlaması onun hərbçi olmasına sövq edir. Allah qəbrini nurla doldursun Polad Həşimov. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqi sizinlə fəxr edir və daimdə edəcək
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
·
130 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.