Gönderi

216 syf.
7/10 puan verdi
·
Read in 25 hours
Hamının səcdə etdiyi günəş də olsan, batandan sonra unudulacaqsan..
"Bir həyat yaşanmaq üçün çox azdır. Kitablar oxuduqca minlərlə həyat yaşayırsan." Elxan Zeynallının bu cümləsini həmişə sevmişəm. Və açığını desəm məni kitab oxumağa sövq edən istək də sırf bu olub. Kitabı oxurkən özümə bir şeylər qatmaq, ondan təsirlənmək, həyatımda dəyişikliklər etmək yox, sırf saysız-hesabsız yeni həyatlar yaşamaq.. Kitabları da mənim üçün hər zaman dəyərli edən onun içindəki obrazlar olub. Əslində realda yaşadığımız həyatda heç bir zaman qarşılaşmayacağımız obrazlar.. məhz onları həmin bəhs etdiyim həyatlarda tapmaq istəmişəm hər zaman. Və həyatı daima robot formatında, çox bəsit məzmunla keçən və bir çox şeydən arınmış olduğuna görə çətinliklə dəyərli obrazlar əldə edə bilən bir gənc üçün ona yüzlərlə həyat vəd edən kitablar əlbəttə ki, fərqli bir mənaya sahib olublar. Amma bilirsiz, insanlar dəyişir:) və buna səbəb ağrılı yaşanmışlıqlar olduqca dəyişiklik daha dərindən olur, qəlbə toxunur keçir. Və bunu anladıqca insan, özü də daha dərinə enir. Və o dərinə elə alışır ki.. zirvəyə çatmaq uğruna daha da enmək məcburiyyətində olur. Və o upuzuun eniş yolunda məhz o obrazlarla qarşılaşır. Hə.. az öncə 'real həyatda heç bir zaman qarşılaşa bilməyəcəyimiz' dediyim obrazlarla tanışdım, bəlkə də daha artığı ilə. İndi deyin mənə bu qeyri müəyyənlik diyarında bir düşüncə necə əbədi qala bilərdi. Bunun üçün gərək saatın əksi istiqamətində dursun və sadəcə sizi gözləsin. Deyəsən anlaşılmayacaq qədər dərinə getdim, amma buraları toparlamaq lazımdırsa, demək istəyirəm ki, yaşadıqlarım mənə çox gəldi. Elə yazıya başladığım cümlənin tam əks tərəfindəyəm hal hazırda. Bu həyat mənim üçün əslində yaşamağı deyil də oxumağı xəyal etdiyim bir kitaba dönüşdü. Və bu kitabın təsirindən çıxmaq o qədər qısa çəkmədi ki, məni digər kitablardan uzaq buraxdı. Aylar sonra burdayam amma yenə də təsiri nə zaman son tapacaq.. qeyri müəyyəndir. Elə yazının bu hissəsini bu kitabdan bir parça ilə tamamlamaq istəyirəm: "Əgər bütün bunları kitabda oxusaydım, yəqin ki, ağlayardım. Amma indi bunlar həqiqətən mənim başıma gəlib və mən o qədər sarsılmışam ki, ağlaya da bilmirəm.." Sənətə, ruha, gözəlliyə və insanın içindəki ən şeytani hisslərə toxunan bir kitab. Ruhun əzablarını gözəllik pərdəsinin arxasına süpürən bir ədəd gəncin hekayəsi. Ama düşünürəm ki, hekayəni əslində var edən obraz Dorian Gray yox, Henry Watton'dur. Çünki hekayəni təşkil edən düşüncələr, ideologiyaların sahibidi o idi. Normalda bir kitabı ucaldan həm də onun içində oxucuya ötürülən mesajlar, düşüncə fırtınaları olur. Bunlar üçün də hər zaman bir obraz yaradılır. Ama bu kitabda dediyim xüsusiyyətləri daşıyan obraz, düşüncələri ilə hər kəsə örnək ola biləcək biri deyil. Kitabda əsasən Henry Watton'un düşüncələrinə yer verilib. Bir nöqtədən sonra hətta digər baş rol olan Dorian Gray də Henry Watton'un təsirinə qapılır və onun mənə görə puç olan düşüncələrini real edir. Kiminsə təsirinə qapılmaq əslində çox normal olan bir şeydi. Bizlər də ömür boyu hər zaman mütləq birilərinin təsirində oluruq. Düzdü mən özüm də sadəcə xoş və gözəl düşüncələrlə dəm vuran biri deyiləm, ama dana bilmərəm ki, bu təsirində olduğumuz insanlar nə qədər həyatdolu, xoş düşüncəli, həyata qarşı sevgidolu olsa bir o qədər həyatımız gözəlləşir. Ama elə bil insan xislətində var belə bir şey, hər zaman iki seçim arasında qaldıqda daha çox pis tərəfə meyllənirlər, burda isə iradə kavramı mövzuya girir. Dorian Gray isə.. iradədən söhbət belə gedə bilməzdi. O bəlli mövuzlarda belə sabit bir fikrə sahib olmayan ağappaq bir vərəq idi. Henry isə o vərəqi qaralamaya çevirdi. Əslində onu dəyişdirmədi, formalaşdırdı. Heç bir ideologiyaya sahib olmayan utancaq bir gəncə təsir etmək Henry üçün heç bir şey idi. Birilərinə təsir etmək.. çox təhlükəli bir işdir. Qarşındakına qəlbini verməyə bərabərdir. Əslində məsuliyyət daşınmalıdı buna görə. Lakin həyatda hər şeyi əhəmiyyətsiz olaraq görən Henry'nin ruhunu belə incitməyəcəkdi bu yaratdığı faciəvi dram əsəri. Dediyim kimi Dorian sadəcə ağ bir vərəqdən ibarət idi. Həmin vərəqi daha doğru biri əlinə keçirsəydi hər şey daha fərqli ola bilərdi ki, keçirə bilərdi, rəssam.. lakin ona toxunmamağı seçdi, bu gözəl sənət əsərinə. Dorian Gray dünya gözəli bir gəncdir. Bəli Gənc! Bu kəlmə ilə Henry yumuşdu onun beynini. Bir gün bəhs etdiyim həmin rəssam Dorian Gray'in rəsmini kətan üzərinə işləyir. İlk dəfə Dorian Gray o zaman özünün necə bir cazibəyə sahib olduğunu anlayır. Və bir gün qocalacağını dərk edir, böyük bir məyusluq keçirir həmin anda isə sözləri ilə Dorianın beynini zəhərləməyə başlayan bir Henry ortaya çıxır. Bir müddət sonra Dorianı tamamilə özündən asılı hala salır. Və özündən asılı hala salmış birini müşahidə etməkdən sadəcə həzz alır. Və Dorian həmin portretə baxanda o an ölümsüz bir arzu diləyir.. : kaş mən həmişə cavan qalsam, bu portret qocalsa.. Bəli onun gözəlliyi.. onun ruhunu məhv edəcəkdi.. o gəncliyini və gözəlliyini qoruyaraq ruhunu şeytana satacaqdı, ama günü gələndə həmin gözəlliyi həyatını da xilas edəcəkdi. Amma o bir şeyi unudurdu.. gözəllik və gənclikdən daha uca və ölümsüz olan dəyərlər var idi.. Henry'lə dəhşətli dərəcədə çox vaxt keçirən Dorian artıq bir nöqtədən sonra tamamən korlanmış halda tapır özünü, məhv olmuş və məhv etmiş bir halda. Bu nöqtədə artıq o azğın qasırğanın qapqaranlıq uçuram doğru itələdiyi bir insandan başqa bir şey deyildi. Şeksprin çox gözəl bir sözü daha var: Günahkar insan elə mümkünsüz narahatlıqlarla doludur ki, məhv edilməkdən qorxarkən özü-özünü məhv edir. Həmin o portret.. Dorianın bütün günahlarını mənimsəyir. Bütün peşmançılıqlarını, əzablarını, günahlarını onun üzərinə yıxaraq əslində özünü məhv edirdi, gözəllik maskasının arxasında.. Həmin o portret daha çox incidəcəkdi onu.. Çünki kor bir nifrətlə dolu idi.. Bunu rəssam yox, sən özün yaratmışdın, Dorian Gray! Məzmun haqda daha da danışmağı lazımsız bilirəm və yenidən düşüncə məsələsinə gəlmək istəyirəm. Kitabı idarə edən düşüncələr dediyim kimi əsasən Henry Watton'a məxsus idi. Mənim gözümdə ağıllı da olsa sadəcə çirkab bir şəxsiyyətə sahib olan bu obrazın əsərdə bu qədər idarəedici vəzifədə olması məni çox incidirdi. Hətta bəzi yerlərdə düşüncələrindən inanılmaz dərəcədə diksinirdim və kitaba bir az ara verirdim. Xüsusilə bu qədər qadın düşməni olması, sevgi haqqında uydurmaları, ümumi düşüncələri.. önəmli dəyərlər haqda ki fikirləri.. mən dəhşətə gəlirdim. Düzdü nadir hallarda dəstəkləyə biləcəyim cümlələr olurdu, onlar da müzakirə obyektindən başqa bir şey deyildi, ne de olsa bozuk saat te günde iki defa doğruyu gösterirmiş. Ama ciddiyəm Dorian Gray onun düşüncələrindən zəhərlənmiş biri idi. Və əminəm ki, Henry Watton bu Dorian Gray'lərin sayını daha da artırma iqtidarındadı, nə də olsa bu kitabı oxuyan neçə neçə Dorian Gray'lər olacaq. Bu yüzdən dağınıq düşüncəli dönəminizdə və ya ilk kitab oxumağa başladığınız dönəmdə oxunmalı məsləhət bir kitab deyil. Normalda mən mənfi rolda olan obrazlara qarşı bu qədər kəskin məqamda durmazdım, ama Henry çox dəhşətli biridi.. sadəcə çox dəhşətli.. yoxsa az olmayıb mənfi rolların məni cəlbetməsi və ya mənə təsir etməsi. Bəlkə mən də bir ədəd Dorian Gray'am:) Bəlkə də hər birimiz.. Obrazlar haqqında bu qədər danışmışkən birini də mütləq qeyd etməliyəm. Sibyl Vane. Düşüncələr, obraz, yaşadıqları və düşüncələri ilə kitabdakı yeganə təsəllim o idi. Sibyl Vane mənim üçün bu ağ qara romanı al qırmızı rəngə bürüyən yeganə obraz idi. Kitaba dramatikliyi yayan və ucala bilən yeganə dəyəri yaşadan sadəcə bir obraz o idi. Bilirsiz bəzən kitabı oxuyarkən insan dalıb gedir, xüsusilə dialoq epizodlarında, bir anlıq dalğınlıqla hansı sözün kimin dediyini qaçırırıq və bir az geriyə gedib təkrar oxumağa başlayırıq. Ama bu kitabda o qədər fərqli idi ki, bu. Dialoqa kənardan baxanda hansı tərəfin kim olduğunu, sözlərdən və düşüncələrdən çox açıq aşkar anlamaq olurdu. Zəhərli düşüncələr varsa, Henry Watton, suallarla dolub daşan vəya daim bir şeyləri sorğulayan Dorian və s. və s. Əslində kitab haqqında danışmaq istədiyim başqa bir şeylər yoxdu. Uzun zamandır kitab təhlili fln etmirdim, ona görə bu dəfə zorlanacağımı düşünmüşdüm. Ama yanılırmışam. Əgər sən kitabdan ciddən dolmusansa, hər bir halda bura boşala bilirsən, çünki yazacaqların xüsusi düşüncə yox sadəcə kitab haqqındaki hiss və duyğuların olur, takıldığın nöqtələr olur, 'a bu hissəsini yenidən oxuyub dəyərləndirərəm ' dediyin hissələr olur, ən mühümü ağzı bir neçə saniyə açıq saxladan, səni kitabı örtmək məcburiyyətində qoyan səhnələr və təbii ki obrazların sizin üzərinizdə qoyduğu izlər və qəlbinizə etdiyi toxunuşlar.. Bəlkə roman olaraq möhtəşəm deyildi, amma məncə Oscar Wilde istədiyi mövzunu çox gözəl işləməyi bacarmışdı. Sonluq isə.. daha düzgün seçim ola bilməzdi.
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201973.8k okunma
·
416 views
VüsaIe Quluzadeh okurunun profil resmi
👌👌👌
pandicorn okurunun profil resmi
Sene secde eden cahildirse. Eğer değilse ayın ışığının sene ait olduğunu bilir. Battığındada sende yolunu bulur…
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.