Aqşin Evrən, Xəzər Süleymanlı - " Ayrılıqların Təkrarı"
Puan vermedi·250 syf.··
Beğendi
·
2022 3. kitabı
·
6 günde okudu
·
Okunma: 17 Temmuz 2022 02:25
Ayrılıqların təkrarı . . . Kitabı oxumamışdan əvvəl haqqında çox təriflər eşitdim. Adından sadə sevgi hekayəsi kimi görünsədə, oxuduqca hadisələrin gedişatını təəccüblə bitirdim . 《Hər insanın qarşısına onun üçün hər şeyi etməyə hazır olan bir şəxs çıxır və həmin insan mütləq o şəxsin qədrini bilmir: həyat belədir, başqa cür olmur.》 Doğrudur, hər bir vəfasız kəslərin həyatında bir "Mehran" var, və olub. Kitabda bəhs edilən Sevgi, Xəyanət, Keçmişin izləri.... və oyunlar . Sevgi - " Antik tənhalıq" mağazasında Ofeliya ilə başladı... Xəyanətlərlə , ayrılıqla ,oyunlarla davam edən hekayə, keçmişin izlərinə düşüb, gələcəyini itirmək üzrə olan Mehran ,istədiyini tapdıqdan sonra artıq heç bir əhəmiyyətinin olmadığını anlayıb o yoldan geri dönür. Həyatın ona tanıdığı ikinci şansı Nərmini itirdiyini də düşünərək ümüdsüzlüyə qapılır ,və bu dəfə həyatın xoşbəxt surprizli oyunları ilə üz - üzə qalır. Keçmiş keçsə də, sevgi unudulsa da...bəzən insanın həyatına əbədi bir iz qoyub gedir. Ofeliyanın Mehranın həyatında qoyub getdiyi o silinmez iz kimi. Sonda elə hekayə "Antik tənhalıq" mağasında mənə görə ən xoş sonluqla da bitdi.
Düşünce
Ayrılıqların TəkrarıXəzər Süleymanlı · Mücrü Neşriyyatı · 2021100 okunma
·
459 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.