Gönderi

592 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
200-cü kitab :)
Kitab qabığından bilindiyi kimi Qara Ölüm haqqındadır. 1331 ya da kitabda oxuduğum kimi 1333-cü ildə vəba xəstəliyi Çində yaranmışdır. Sonra isə dünyaya yayılmışdır. Əsas da Avropada əhalinin 30-40 faizini öldürmüşdür. 1347-ci ildə İtaliyanın Messina şəhərinə ticarət gəmiləri yanaşır. Bu gəmilərdə nə qədər insan ölü tapılır, bəziləri də bədənlərində yara vəziyyətində olur. Bu gəmiləri tez uzaqlaşdırsalar belə, vəba siçan və pirələr vasitəsilə yayılır. Yayılmağına bir səbəb də Qızıl Ordu olur. Qızıl Ordu Krımda Cenevizi mühasirəyə alır. Ancaq öz ordusunun bir hissəsi vəbadan ölür. Onlar da o əsgərləri mancanağa qoyub Kefe qalalarına atır. Kitabda vəba xəstəliyinin 3 növü olduğunu söyləyir. Hıyarcıklı vəba. Bu vəbada insanın qoltuqaltına, müxtəlif nahiyələrində dairə formasında şişlər çıxır. Ağciyər vəbası, ağciyərlə başlayır, insan qan qusur. Bir də septisemik vəba. Bu növ isə insanın qanına qarışır və 3 saatda öldürür. Əsas yayılan hıyarcıklı vəba olur, ancaq ağciyər vəbası da olur. İlk qızdırma ilə başlayır, 39-40 dərəcələr, sonra isə sayıqlayır, ondan sonra insanların bədənlərində şişlər yaranır. Sonra isə o bərkiyir. Amma bu xəstəliyin qarşısını almaq üçün o şişləri deşirmişlər, qanlarını çəkirmişlər. Deşmə üsulu kitabda da var, müəyyən müddət insan düzəlsə də, sonra yenidən o vəziyyətə qayıdır, ya da yenidən yaranır o şişlərdən. Həm bu xəstəlik mavi hastalık da adlanır. Mövzu Kitab 2054-cü ildədir. Kitab bir qızı 1320-ci ilə göndərmək üçün hazırlıqla başlayır. Göndərilən qızın adı Kivrindir. Onu göndərən isə Bay Gilchristdir. Ancaq onlar qızı göndərmək üçün müəyyən tədbirləri etməyiblər və bu səbəblərə görə bu zaman səyahətinə Bay Dunworthy qarşı çıxır. Ancaq onu dinləyən olmur. Kivrini göndərirlər, bundan sonra elə bilirlər hər şey uğurla alınıb, bunun üçün bunu qeyd etmək üçün kafe kimi yerə gedirlər. Ancaq bir müddətdən sonra Kivrini göndərəndə zaman və yeri müyyən edən Badri qaça-qaça gəlir ki, bir problem var, onları aparmaq istəyir, amma yolda özündən gedir, sonra baxırlar ki, onun bədənində məlum olmayan virus var. 2054-cü ildə Londonda virus yayılır və karantina başlayır. Kivrini isə getdiyi yerdə Gawyn tapır və onu bir evə aparır. Orda Lady Imeyne, Lady Eliwys, Rosemund, Agnes yaşayır. Lady Imeyne Lady Eliwysin qaynanası olur. Lady Eliwys isə Rosemund və Agnesin anası idi. Rosemund 12 yaşında, Agnes isə 5 yaşındadır. Bir də Peder Roche o dövr üçün əsas xarakterlərimizdən biri, amma o bu evdə yaşamır, bu evə yaxınlıqdakı kilsədə olur. Kivrin ilk vaxtlar 2054-cü ildən tutduğu virusla gəlir ora, özündə olmur, ona görə elə dildə danışır ki, Imeyne onu yaxşı insan kimi bilmir. O dövrdə qadınları cadugərliklə günahlandırıb yandırmaq var imiş. Amma Peder Roche Kivrini sağaldır. Bu virus burda yayılmır, çünki bu virus vaxtında 1320-ci ildə yayılıb və onların o virusa qarşı immunitetləri olur. (Mən kitabda yazılandan elə anladım.) Ancaq Kivrin 1320-ci ildə olmur, 1348-ci ildə olur. 1348-ci ildə İngiltərədə, Londonda vəba yayılmışdı. Əslində ilk başdan çalışırdılar ki, Kivrini 1348-ə göndərməsinlər. 1348-ci ildə olduğunu Kivrin kitabın ortalarında bilir. Sonra vəba Kivrinin yaşadığı kəndə də gəlir. Kitabı çox bəyəndim. Zaman səyahətinə dair yazılmış gözəl kitablardan biridir. Kitabı bitirdikdən sonra ağlamaq istəyirdim, həm də çox təsirli kitabdır. Ən sevdiyim kitabların arasına daxil oldu. Kitab insana bütün hissləri yaşadır. Kitabda bəzi hissələri o qədər bəyənmişdim ki, neçə dəfə yenidən oxudum. Yazıçı vəba xəstəliyini çox gözəl təsvir etmişdir. Kitabda özünü sevdirən obrazlar var idi. Peder Roche, Colin, Mary, Agnes. Baş obrazlardan isə Kivrin və Dunworthy. Kitabı hamıya tövsiyə edirəm, çünki bilim-kurgunun çox gözəl nümunələrindən biridir. Bu kitab mənim fikrimcə,
Zaman Makinesi
Zaman Makinesi
kitabından daha yaxşıdır. #174180096 #174124601 Kitabdan sevdiyim alıntılar. Əsas da 2-ci alıntı bütün alıntılarım içərisində ən sevdiyim ola bilər.
Kıyamet Kitabı
Kıyamet KitabıConnie Willis · İthaki Yayınları · 2013161 okunma
··
494 görüntüleme
Samirə Abbasova okurunun profil resmi
Əllərinə sağlıq ya, möhtəşəm bir inceleme olubb😍❤️
Aceso okurunun profil resmi
Thanks❤️
Aceso okurunun profil resmi
youtube.com/watch?v=pYmvL2C... youtube.com/watch?v=BgJGwGA... Kara Ölüm haqqında burdan da baxa bilərsiniz.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.