Gönderi

Little Prince
Puan vermedi·96 syf.··
2022 34. kitabı
Daha əvvəl oxumamağımın peşmançılığı ilə yazıya başlayıram.Deyəsən, bundan sonra hər yaşımda ya da hər boşluğa düşdüyümdə oxuyacağım kitabı tapmışam.Daha planetlərin çox kiçik bir hissəsini kəşf etmişəm,yəqinki hər oxuduqca və yaşantımın təcrübəsi ilə toplandıqca planeti daha da gəzmiş olaram.Əsas olaraq rəqəmlər haqqında hissə daha çox ağlımda qaldı.Böyüklərin hərşeyə rəqəm qatıb hərşeyi məhv etməsi kimi...Yənii düşündükdə:kəmiyyət işin içinə girdikcə günlük yaşantı və həyatda keyfiyyət daha aşağı düşür.Məsələn,deyə bilərəmki insan münasibətlərində də hərşeyi klişeləşdirən və sıradanlaşdıran şey kəmiyyətdir.Kəmiyyət haqqda fikirləşəndə ağlıma ilk olaraq yaş gəldi.Daha böyüklərin dedikləri sorğulanmadan doğru qəbul edilir(ya da özünü buna məcbur edir) çünki,onun yaşının çox olduğu,çox təcrübəsi olduğu fikrini yaradır.Ama onun yaşı yerinə yaşantısını öyrənsək və sonradan yaşını özümüz təyin etsək həyatımıza daha çox qatğısı olar.Necəki kiçik prinsin, qəhrəmanımızın həyatına qatğısının indiyə qədər tanış olduğu bütün böyüklərdən daha çox olduğu kimi.Fiziki yaş əlimizdə olmadan keçir,irəliləyir.Ama yaşayacağımız həyat (nisbətən) bizim əlimizdədir.Buna görə də məncə biri ilə tanış olanda əlində olmayan fiziki yaşı yox,əlində olan daxili yaşı öyrənməyə çalışın.Sonra da əsl yaşını öyrənmədən ona bir yaş verin və öz içinizdə bir sıraya qoyun:) (Çox qarışıq və anlamsız görünür yazı.Bilirəm.Ama bu sadəcə mənim düşündüklərimdi;avtobusda gedəndə,səkidəki insanlara baxa-baxa düşündüklərim)
Küçük PrensAntoine de Saint-Exupéry · Türkiye İş Bankası Kültür Yayınları · 2025279,6bin okunma
·
1 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.