Gönderi

“Çalıquşu- tam tamına 10 il əvvəl baxdığım yarım qalmış son serial. Bu gün çox hissəsinə bələd olsam belə səbrim çatıb sona qədər baxmadığım o məşhur serialın kitabını elə qarışıq, elə gözəl hisslərlə bitirdim. İstər oxuduğum 10 il ərzində, istərsə də 10 illər sonra belə romantik, yaşanmışlıq dolu əsərləri oxumaqdan heç vaxt əl çəkməyəcəm.Bəlkə də həssas, xəyalpərəst, emosional ruhum daima belə əsərlərin sonlarının üzüntü dolu bitməsindən bezmiş şəkildə, ağrılı, acılı talehin sonunun bu qədər gözəl bitməsinə sevinir.Fəridə, o qədər şıltaq qızcığaz, o qədər də həssas ruhlu qadın. Uşaqlıqdan yetim böyüməyə məruz qalmış Fəridə öz hisslərini, sevgisini büruzə verməkdə daim çətinlik çəkir. Həqiqətən də yaşadıqca bunun daha çox şahidi olur və təsdiq edirəm. Ailə sevgisizliyindən əziyyət çəkən, istər yetim, istər analı-atalı yetim böyüyən uşaqlar, daima daxildən sevgi, qayğı, nəvaziş bulağı qaynasa belə bunu ötürməkdə çətinlik çəkirlər. Fəridə də belə uşaqlardan biri idi ki, bunun çox ağır formada bədələni ödədi.Yaxşı ki, oxuduqlarımdan.” “Bu nə kədərdir, ya rəbbi, nə kədərdir! Hansı ümidə əl atıram-boşa çıxır, nəyi sevirəm-ölür.Budur, üç il bundan əvvəl bir payız axşamı gənc qızlıq röyalarım,öz xəyalımda gözlədiyim körpələrim,sonra da Munisə öldü.Bunlardan sonra,bəlkə qəlbimin kimsəsizliyini ovudacaqlarını ümid etdiyim şagirdlərim əlimdən çıxdı.Öz balalarını təhlükədə görən bir ana quş kimi fədakarlıq edərək üstlərində əsdiyim bütün bu şeylər payız yarpaqları kimi, bir-bir saralır, tökülür, ölür.”
·
90 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.