Gönderi

334 syf.
8/10 puan verdi
·
Read in 4 days
Bu dəfə doğrudan konuya girəcəm) 'Anamın' bir sözü var, həmişə çox sevmişəm: "Payızda tökülməyən yarpaqlar ağaca görə vəfalıdı, digər yarpaqlara görə xain, dəyişən fəslə görə isə dikbaş. İndi bu nisbilik diyarında mən həyatı, doğrunu, yanlışı, insanları nəyə görə dəyərləndirim.." Arthur Berton! Açıq danışaq. Sən.. roman yazarları üçün sadəcə şöhrət gətirəcək bir materialsan. Rəssamlar üçün uzaq küncə atılmış kətan. Bəstəkarlar üçün Şopenin Nocturne C-sharp minor'u. Varolmuş bütün sevgilər üçün bir son, bir renessans. Ölülərin ruhunda bir iblis. Mələklərin qəlbində günahsız bir dustaq. intihar etmişlər qarşısında bir kloun. Məhvolmuşlar üçün bir teatr tamaşasısan. Elliotun qəbul etdiyi morfin. Whertherin içindəki şeytan. Min möhtəşəm günəşin sonuncususan. Sən Kəşf olunmamış koordinatın sakinisən. Sən.. Arthur Berton, tarixə görə məğlub olmuş bir savaşçı. .... üçün qatil, .... üçün xəyanətkar. Üşütdüyünü öldürən stansiyadan ötüb keçən qatarlar üçün 13cü sərnişin. Batmış bir gəminin nəğməsisən. Bütün ümidini itirmişlər üçün Məsih. Sevib qovuşmamış qəlblər üçün Tanrı, Sevib qovuşmuşlar üşünnsə Məcnun. Girəcəyin məzar üçün bir dəstə mavi qızılgül, Yaşadığın həyat üçünsə sadəcə bir ədəd qərənfilsən. İndiyə qədər oxurkən mənə ən başından sonunadək bu qədər doğma gələn bir obraz olmayıb. Çünki, mən səni çoxdan tanıyıram. Daha bu kitabı oxumamışdan öncədən. Bir zamanlar sanardım ki, bu obrazlar yalnız elə romanlarda mövcud ola bilərlər. Amma yox.. yanılırmışam. Renessans Payızı.. Bu insanın ciddən var olduğunu desəm, inanmazsız hə, mənə? Mən də inanmazdım. Çünki sadə deyil, bu hala gəlmək üçün üst səviyyə çətinlikdə bir tarif var, paylaşım hətta sizinlə: əzab, əzab, əzab, bir az daha əzab, ağrı, ağrı, ağrı, çarəsizlik, çarəsizlik, acizlik, acizlik, acizlik, təhqir, təhqir, təhqir, istehza, istehza, istehza, ümidsizlik, ümidsizlik, ümidsizlik, inamsızlıq, inamsızlıq, inamsızlıq, manipulyasiya, manipulyasiya, manipulyasiya, yanında bir neçə saflaşmış şəxsiyyət, zaman, zaman və zaman. Hə.. mən səni görürəm Arthur.. necə qıvrandığını, indiyə qədər çəkmiş olduğun ağrıları, həqiqətlərlə dolu olan tənha gecələrin səni necə məhv etdiyini.. hamısını iliklərimə qədər hiss edirəm. Sənin keçdiyin oo upuzun yolu, gözüm uzağı yaxşı görməsə də çox böyük təəssüf və dərin kədər hissiylə izləyirəm. Hər şey gözümün önündən keçir. Hələ ən başdan bütün iyrəncliklərdən arındırdığın şəxsiyyətin, günəşin önünə alnı açıq çıxmaq üçün yaşatdığın iradən, məntiqli, məntiqsiz bütün məqsədlərin və məqsədsizliklərin, baş verməyəcəyini bildiyin halda yenə də ortaya qoyduğun tatlı cəsarətin, ailən və çevrən tərəfindən yaralansan da savaşmağın.. ilk dəfə öldüyün zamanı xatırlayıram.. sonrakı üsyanın, Tanrıya. Varsa varlığına, yoxsa yoxluğuna. Çox çox sonrasında intihar qərarı verməyin.. amma əslində həmin qərara nə qədər yad olmağın, sonrasında isə ümumiyyətlə intiharın bir qərar deyil də sadəcə bir hiss, anlıq duyğu olduğunu anlaman. Məhv etmə istəyin, cəhənnəm alovu ilə alışıb yanmağın, korlaşmağın.. teatrı külə çevirməyin, yaralı qarğa kimi qanad çırpağın.. sonrasında növbəti ölümlərin, kim bilir neçəncisindəsən, indi harda ölürsən ya bu dəfə də maskanı taxmısan, kim olduğunu gizlədirsən.. öfkə var içində.. nifrət var içində.. bəs sevgi?.. hə bilirəm, qızılgüllərin qərənfil oldu.. Arthur.. sən sevgisizliyə məhkumsan.. ama lütfən bil. Səni çox sevdim, çox sevirəm, və həmişə də sevəcəm. Sən Kəşf olunmamış koordinatın sakinisən.. Bir qəlibdə ərimiş metal da olsaq bunları demək məni rahatladır. Ümid edirəm hiss edirsəndir, gizli qəhrəman, Reno. Sadəcə əvəzsiz bir obrazsan.. Toxunmaq istədiyim mövuzlar ehtimal ki, saysız olub oxuduqca. Amma hamısını yadda saxlamaqda çətinlik çəkdim və dağıldılar, ona görə yadımda qalan bir neçə mövzuya dəyinəcəm sadəcə. Arthur'un bu "Gənc İtaliya" təşkilatına qoşulmaq istəyi. Bir vətənpərvər ruhunu andıran hərəkətdi, amma mənim takıldığım şey Arthur'un italyan olmamasıdır. Səbəbləri bilirəm daha müqəddəs mövzuya toxunurdu, amma mənim görüşümdə səbəbi nə olur, olsun yad bir vətən üçün canından keçməyi belə gözə almaq sadəcə alqışlanılası bir şeydi. Açığını deyim mən vətənpərvər şüarları ilə alışıb yanan birisi deyiləm, amma yəni dünyadakı durumu da görə bilirik də. Məsələn, Suriyada olan müharibə və suriyalıların Türkiyəyə axın olaraq tökülüşməsi, əlbət bir nöqtədə anlamaq olar onları amma başqa ölkəyə gəlib, həmin ölkədə həmin ölkənin vətəndaşlarından daha komfortlu yaşamaq, ekonomisi yerlərdə olan ölkənin sürünən vətəndaşları arasında altında maşınlarla gəzmək, bir də üstünə ölkədən tələblər etmək.. anlamıram. Axı bu gün sabah həmin ölkədə müharibə çıxsa, sən o müharibədə iştirak etməyəcəksən, həmin ölkə üçün bircə damla da olsa tər tökməyəcəksən. Öz vətənində müharibə olarkən ordan qaçan şəxs başqa ölkə üçün ümumiyyətlə heç nə vəd edə bilməz. Bəziləri üçün anlamsız görünə bilsə də ciddən çox incə mövzudu, ona görə dəyinmək istədim. Və bu sadəcə çox kiçik bir örnəkdi. Arthur'un bu hərəkəti əslində çox mesajlar ötürür. Bilirsiz, obrazlar üzərindən təhlillər yazmağı çox sevirəm. Amma Arthur'a o qədər daldım ki, digərləri haqda ümumi bir şey yazmağa ehtiyac qalmadı. Sadəcə demək istəyirəm ki, bütün obrazlar üzərində çox başarılı işlənilib, Cemma olsun, Kardinal olsun, v.b. buna görə yazara təşəkkür. Başqa toxunmaq istədiyim mövzu da sonlara yaxın Arthur'un Montanellinin qarşısına qoyduğu seçimdi. Məncə kitabın bütün ideası, o ötürdüyü əsası həmin səhnədə, həmin o seçimdə toplanmışdı. Sanki daha öncə baş verən bütün hadisələr, bütün yaşanmışlıqlar sırf bu səhnəni gətirib çıxarmaq üçün idi. Və məncə bu əsəri bir pillə yuxarı daşıyan da məhz o parçasıdır. Son səhifəsindəki şeir parçasının da əməyi az deyil bu baxımdan) Bir az da əsəbləşdiyim məsələlər var. Bu əsəb yəqin ki, yazıçıyadı. Bir çox yerdə oldu bu. Bəzi məqamlarda hadisələrə verdiyi yön.. bilmirəm e ciddən əsəbləşirdim. Bir çox yerdə bir neçə dəfə zirvə edə biləcəyi halda etməməsi əsəri bir az sönükləşdirdiyini düşünürəm. Bir çox şey fərqli ola bilərdi yəni. Oxuduqca daha da genişlənirdi bu düşüncələr, tez-tez hayal kırıklığına uğradım bəzi bölümlərdə. Net spoiler olacaq deyə misallar çəkərək göstərə bilmirəm bu hissələri amma ən yüngülünü deyə bilərəm. Kitabın adı Ovod deyil də Arthur Berton olsaydı.. sevinərdim. Bir də məntiqə oturmayan parçalar və anlam verə bilmədiyim hadisələr də vardı, bu da kitabı gözümdə bir az bayağılaşdırırdı. İlk öncə düşündüm tərcümə səbəb olub buna, ama sonra gördüm ki, yox bir yerə qədər. Qısacası kaş elə deyil də, belə olsaydı dediyim səhnələr çox oldu. Amma nə etmək olar, yazıçının takdiri, canın sağ olsun, Voyniç. Bəlkə də bu kitab haqda bu cür fikirlər yazmağa haqqım yoxdu, yenə də kitab haqda içimdə olan bütün düşüncələrimi bura qoymaq istədim. Amma bilirsiz, dediyim səbəblərdən dolayı sonlara yaxın ağzımı büzmüş olsam da, ən sonda kitabı qapadığımda bütün narazıçılıqlarıma rəğmən sadəcə dedim ki, Camal boş ver. Bu sadəcə möhtəşəmdi..
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,848 okunma
·
1 plus 1
·
277 views
Elnur Quliyev okurunun profil resmi
Həqiqətən çoxxxxx amma çoxxx gözəl yazmısız. İnanın söz tapa bilmirəm incələmənizə. Sadəcə bunu deyim ki, kitabı sözün əsl mənasında yaşamisiz və kitabdan necə təsirləndiyinizi yazınızın ilk cümlelerinden anlamaq olur.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.