Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
5/10 puan verdi
·
30 saatte okudu
Bəs hanı Romeom?
Kitab haqda danışmadan bir iki mövzuya dəyinmək istəyirəm. Artıq ard arda oxuduğum 4-cü kitabdı qanun nəşriyyatından. Mən də bir kitaba başlayacağım zaman, kitabın arxasındakı yazılardan ön sözə qədər bütün incəlikləri oxuyuram. Və artıq dördüncü dəfədir ki, eyni halı yaşayıram. Əsər başlamadan öncə, bir yazı parçası qoyulur və o yazı parçasındakı 3-4 cümlə əsərin içindəki əsas mövqelərə toxunur, hətta bildiyin sonda nə olacağını da yazır. Kitaba başlamadan öncə kitab tərəfindən spoilerə məruz qalırsan qısacası, bundan böyük dram var? Heç xoş durum deyil mənim üçün və məni narahat etdi. Açıq şəkildə oxucuya qarşı hörmətsizlikdir. Yazılar da elə bil hələ təzə 1k'ya başlamış, 7-8 kitab oxumuş şəxsin həyəcan qataraq yazdığı bayağı incelemeye bənzəyir. Bunu necəsə bildirmək lazımdır ki, düzəlişlər edilsin. Kitab nəzm şəklində yazılıb. Və bu tərcümə işini daha da çətinləşdirir, çünki təbiilik, qafiyələr və harmoniya pozulur, bunu isə yenidən yaratmaq çox güc işdir, və buna görə qanun nəşriyyata birşey deməyəcəm, yapon kleyi ilə bir formada bir şeylər edib. Və əsas oxunur, anlaşılır. Bilmirəm e, bu fikirlərdə olmağım normaldı ya yox. Mən ciddən təəccübləndim. Yəni əsrlərlə insanların dilindən düşə bilməyən, daim yaşadılan hekayə bu idi? Sevgini simvolikləşdirən hekayə axı bu ola bilməz. Bu sevginin ucalığı, müqəddəsliyi və saflığı qalsın bir kənara, gəlin biz mənasızlığından danışaq. Həqiqətən şokdayam e, bəlkə yanlış anlayıram nəyisə, teatr tamaşasıdı və zatən belə olmadı? normaldı? Tərcümənin də katkısı az olmadı, sağolsun oxurkən sanırdım ki, uşaq ədəbiyyatıdı. Əgər ciddən bunlar müqəddəs qəbul olunursa, sevginin qəlibləşmiş simvolu qəbul edilirsə insanlar tərəfindən, mən qəti şəkildə bu düşüncələrin normal qəbul edilməsinə belə qarşıyam. Nədir, ilk görüşdə sevirlər tamam buna bir şey demədik, ama ikinci dialoqda da həyatım səndən ibarətdir, kimi cümlələri anlamıram axı. Kor yaranmış sevgi olduğunu deyirlər, hə qəbul edirəm, sevginin uca olması üçün kor olmasa mühüm amildir, öz özünə yaranmalıdır. Amma düşünmürəm ki, bir birinin üzünə baxıb anında bütün cismini təslim etmək korluqdu və ya müqəddəslikdi. Yenə də deyirəm bu tənqidlər hər hansısa səbəbdən əsassız ola bilər, bəlkə, o dövr üçün normal idi bütün bunlar, o dövrdə hər şey fərqli idi bəlkə də, amma mənim tək bildiyim artıq başqa dövrdə yaşadığımızdı. Və bunların hardasa sevgi başlığı kimi qəbul olunması.. yox yox mən qarşıyam buna. Məncə buna layiq deyil. Və bu ünvana sahib ola biləcək bir çox sevgi ilə bağlı əsərlərin haqqına girir. 'Anamın' mənə sevgi haqqında danışdığı nağıl belə bundan daha uca idi. Yaxşı bu qədər etiraz etdim, bəs nədir ki? Sevgi? Sevgi, izaholunmaz bir şeydi. Və sadəcə izahı olmayan dəyərlər müqəddəs ola bilər. Əgər ki, saf sevgidən danışırıq, ilk öncə digər gördüyümüz və şahidi olduğumuz "sevgi" anlayışlarından uzaq duraraq davam etməliyik. Plagiat versiyasını çox adam yaşayır. Birinci nə olmadığını deyim. Sevgi, birinin gözünə, orasına burasına dalmaq deyil. Sevgi, sevgi deyən zaman ağıla "sevgili" sözü düşməsi də deyil. Və sevgili olmaq üçün min bir oyundan çıxmaq da deyil. Mütləq də münasibətə ad vermək də deyil. Sevgi, üzünə baxaraq sevirəm deyib arxasından min cür iyrəncliklər etmək də deyil. Nə vaxtsa əməl etməyəcəyin sözləri vermək də deyil, yalandan gözünün içinə baxıb əslində hiss etmədən səni sevirəm demək deyil. Nə olduğuna gəldikdə isə, Sevginin səbəbi olmur birincisi, məqsədi olmur, hədəfi olmur, kordu, tamamilə kordu. Sevgi iliklərinə qədər hiss etməkdi, bəzən anlamasan belə üşüyəndə üşüdüyünü, sevinəndə sevindiyini, ağlayanda ağladığını hiss etməkdi. Gözünü görməsən də, simasına baxa bilməzsən də bir mələk kimi onu xəyal etməkdi. Yanında olmaq.. bəzən cismən alınmır, ruhən olmağı da bacarmalısan. Kənar şəxsə sevgi haqqında danışan zaman, yanında olmadan əlindən tutan zaman əlini hiss etdiyini, sarılan zaman bədənini hiss etdiyini, gülən zaman gözlərini hiss etdiyini, hətta öpən zaman yanaqlarını belə hiss etdiyini izah edərkən qarşındakının heç nə anlamadığı halda sənin uşaq kimi gülməyindi sevgi. Bunlar bir bədəndə bütövləşməkdi. Bir ruhda bütövləşməkdi. Bütövləşmək sevgini təşkil edir, ümidləri yaradır, inamı yaradır. Bir bütöv olaraq həyatına davam edirsən, "mən", "sən" anlayışı olmur, yerini "biz"ə verir. Bir olduqları müddətcə insan olmağa davam edərlər artıq. Sevdikləri müddətcə insan olmağa davam edirlər. Nə yaşasalar belə, nə qədər ayrı olsalar belə hər yerə baxanda onu görməkdi sevgi, hər mahnıda onu hiss etməkdir. Xəyalında daima onu yaşatmaqdı, nə qədər yorğun olsan da, başına min cür oyun açsalar da yanında olduğu zaman təbəssüm etməyi bacarmaqdı sevgi. Ayrı qaldıqları zamanda inanmaq, güvənmək.. xəyalına belə xəyanət etməməkdi sevgi. Heç bir şübhə olmadan inanmaq, fədakarlıqdır. Sevgi fədakarlıqdır. Bəzən onun yaxşılığını düşünmək ancaq, onu yaxşı hiss etməsini istəmək, özünü unutmaq, fədakarlığı yaradır sevgini yaradır. Girişini möhkəmlətmədən, özəyinə keçdim. Əslində saf sevgi qarşılıqsız sevməkdi.. qarşılıqsız sevərkən əzab çəkməməkdi. Qarşılıqsız deyəndə elə başa düşməyin ki, qarşındakının səni sevməməsini nəzərdə tuturam. Demək istədiyim, sevildiyi üçün deyil, sevdiyi üçün onun yanında qalmaqdır sevgi. Çox dərin tilsimdir. Saf hisslərlə.. o içindəki saflığa, uşaqlığa təslim etməkdi özünü. Sevmək uşaqlıqdı, nağıllara inanmaqdı, möcüzələrə inanmaqdı. Uşaqca oynamaq və xəyal etməkdi. Daha yəqin ki, çox yazardım.. amma kifayətdir məncə. Bunları ona görə yazdım ki, anlayasız belə bir dəyəri, 5 pərdəlik bəsit bir teatra çevirmələri niyə narahat edir məni. Və sevgi haqda heç bir əsas vermədiyi halda bu qədər dünyaca məşhur olması. Son olaraq bir mövzuya daha toxunacam. Belə bir nitq keçir kitabda: Mənim qızımsansa, ona ərə get, Qızım deyilsənsə, get, özünü as. Yəni üstündən əsrləəəəəərrr, eralar keçər.. heç mi bir şey dəyişməz.. heç mi.. Orda atasının bunu deməsinə səbəb evlənməkdi, burda isə oxumaq nə fərqi var. Guya birinci səbəb də yoxdu da.. qram fərq etmir. Atanın dediyi cümlə hərfi hərfinə eynidi ki.. daha nə olsun.. Sadəcə təəssüf edirəm.. Bilməyənlər üçün günlər öncə intihar etmiş gənc qızın son yazılarını bura buraxaraq, incelemeni tamamlayıram: "Mənim adım Laçındı . 17 yaşım var . Dünən qəbul imtahanlarının cavabları çıxdı . İmtahan nəticəm aşağıdı . Evdə ailəm mənə çox əsəbiləşdi . Ən böyük reaksiyanı isə atam verdi . Hələ bu gün səhər işə getmədən əvvəl mənə dediki : " Mən işdən gələnə qədər get özünü as öldür " . Man daha bu münasibətə dayana bilmirəm . Və elə atamın dediyi kimi edəcəm . Daha bəsdi . Bu imtahan dünyanın sonu deyil və ya mənim həyatdakı son şansım deyil . Təssüfki bunu ailəm başa düşmür . Mən məni başa düşməyən ailəmə cəsədimi hədiyyə edirəm. Uğur qazanan övladı hamı sevər . Siz məni uğursuzluğumla da sevməli idiniz . Bacarmadınız . Arxamca tökülən göz yaşlarının heç bir mənası yoxdu ... Mən daha yoxam . Əlvida " BƏLKƏDƏ GÖZƏL OLARDI" Bəlkə də gözəl olardı..
Romeo və Cülyetta
Romeo və CülyettaWilliam Shakespeare · Qanun Nəşriyyatı · 202160,5bin okunma
·
221 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.