7/10
·224 syf.··
Beğendi
·
2022 3. kitabı
Bu gün yeni bir Varis kitabının sonuna gəldim. İndiyə qədər oxuduğum kitablarını sıralasaq: 1.Yaşıl üzlü gündəlik 2.Sonuncu ölən ümidlərdir 3.Sənə inanıram 4.Yetmiş yeddinci gün 5.Əzilmiş fotoşəkillər 6.Yol ayrıcında azıb qalanlar 7.Uzaqdan gələn yağış... Dram məzmunlu kitablara olan acgöz həvəsimə görə böyük istək və diqqətlə oxudum bu kitabı. Varisin əksər kitablarında baş rol qadın obrazlarının həyatlarını uğursuz sevginin necə dəyişdiyi əks olunur. Bu uğursuz sevgiyə gətirib çıxaran əsas səbəblər başısoyuq qərarlar, sevginin "kor gözlü" oluşudur. Maraqlıdır ki, karantinin başladığı müddətdə ilk oxuduğum 3 kitabda qadınlar, 20 yaşlı (və o civarda) qadınlar idi. Mən də bu kitablara həvəsimi salanda 20 yaşında gənc qız idim.( 15.03.2020) O vaxta qədər dedektiv və fantastik oxuyan bir qız üçün maraqlı təcrübə idi deyə, oxuduğum hər hadisədə səsli reaksiyalar verirdim, əsəbiləşirdim, gülürdüm. Onların verdiyi qərarlarda özümə sual verirdim: "Sən nə edərdin, Gülüş?". Özümə verdiyim cavablar bəzən məni qane etdi, bəzənsə yox... Gələndə isə kitablara...İnsanın əxlaqi keyfiyyətlərini tərbiyə etməsində yol göstərən əsas vasitələrdəndir. İşlərim çox olsa da mütaliəyə həmişə vaxt yarada bilərəm deyə düşündüm.Məncə bu hər kəs üçün belə olmalıdır. Uzaqdan gələn yağış... Daha bir sonu hüzünlə bitən sevgi... Qınadım mı? Qınadım. Əsəbiləşdim mi? Təbiiki. Öz-özümə də düşündüm ki, İnsanın anasının ədəbiyyatçı olması bir ayrıcalıqdır. Zaman-zaman anamla müzakirə etdiyimiz həyat hekayələrinin təsviri o qədər çox idi ki, əsərdə... Qadını kölə kimi, kiminsə namusu olaraq görən bayağı düşüncəli ali savadlı insanların var oluşu çox acı həqiqətdir. Hər bir fərd kimi qadının namusuna başqası yox özü sahib çıxmalıdır. Doğrudur ki, qız uşaqları həyatları ilə bağlı qərar verəndə valideynlərini də düşünməlidi. Amma valideynlər də övladının qərarına saygısızca rədd cavabı verib, öz ambitsiyaları uğruna onları fəda etməməlidir... Ümid edirəm ki, irəliləyən zamanlarda bu hallarla daha az rastlaşarıq. Çünki dövrümüzün ağlı başında qadınları bütün istiqamətlərdə özünü təstiq edib. Onlara kiminsə "malıymış" kimi davranmaq çox alçaqcadır!
İnsan ve Duygular
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018494 okunma
·
450 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.