·490 syf.····Okunma: 02 Ağustos 2022 18:01 Çox uzun yazmayacam. Çünki, bu dəfə yazmaq üçün içimdən bir an öncə çıxmaq ümidilə yanıb tutuşan düşüncələr yoxdu. Çox şey yazıb uzada bilərəm, amma net bir şey var ki, gözləntimin çox çox altında oldu və xəyal qırıqlığına uğradım. Bilən bilir, mənim üçün kitabı (roman)kitab edən əsas şey içindəki obrazlardır, xüsusilə də baş obraz. Və həmin obrazla bir bağ qura bilmədiyimdə kitab da soyuyur gözümdə. Martin Eden... Haqqında çox şey eşidib duymuşdum. Və mənim bu kitabdan olan gözləntilərimi bilsəydiz.. Nə ümidlərlə başlamışdım. Amma təəssüf ki, heç cürə bu Martin`ə isinə bilmədim, doğmalaşa bilmədim. Bilmirəm e. çox qəribə. Bəlkə də, mücadele, əzm, iradə baxımından ideal bir obraz və əsər idi. Lakin bir kitabın məzmununda sevgi varsa, o kitabın ana konusu da mənim üçün hər zaman sevgidi. Və bilmirəm e.. Axı sevdiyin birinə yazdığın bir şeyi oxumaqdan və onun səni dinləməsindən o tərəfə necə bir zirvə ola bilər ki.. Bundan o tərəfi də mənim üçün sadəcə süni gəldi. Sonra Martin özünü bütün digər kişilərdən fərqli olduğunu bildirirdi. Düzdü, sevdiyi şəxsə layiq olmadığını düşünərək, ona layiq olmaq üçün əlindən gələni etməsini təqdirə layiqdir, hətta alqışladım bunu. Lakin bu onu bütün həmcinslərindən fərqli konuma gətirmir mənim gözümdə. Məncə, bir insanın sevdiyi şəxsə layiq olması, onunla eyni təbəqəyə mənsub olmalıdı anlamına gəlmir. Düşüncəsi doğruydu, lakin baxdığı baxış açısı mənə heç cürə doğru gəlmirdi. Ona layiq olmaq üçün çəkdiyi bu qədər əziyyət də mənim üçün əbəs idi. Nəticədə nə qədər mənlə həmfikir olmasa da, arzusuna çatdığını düşünmürəm. Bunun üçün ilk öncə bütün heyvani (kişiyə mənsub) hislərindən arınmaq lazım idi. Kişi hər zaman kişidir, insan hər zaman insandır, mələk də hər zaman mələkdi. Və hər düşünən varlıq bu kateqoriyalardan birinə mənsubdu. Bu qədər. Layiq olmaq istədiyi obraz da, eh nə bilim e.. tamamilə məyusam obrazlarla bağlı. Sevgi sevgidir də.. heç nə ondan üstün ola bilməzdi.. nə dedi-qodu, nə şər, nə yalan, nə doldurulmalar, nə təzyiq.. heç nə.. sevgidən daha üstün olmamalı idi.. Bilmirəm e, mən sadəcə üzgünəm, bəlkə də yaşadıqlarım və gördüklərimdən dolayı artıq normalda mənə doğma gələcək obrazlar artıq bayağılaşacaq. Artıq hər obraz və kitab əvvəlki kimi məni etkileyə bilməyəcək. Bunun iləri zamanda kitab oxuma istəyimin köklərinə ciddi zərər və təhqir ola biləcəyinə görə narahatam. Dediyim kimi sadəcə məyusam. Bu nəşrin etdiyi tərcümə isə sadəcə qüsursuz idi.