Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

308 syf.
·
Puan vermedi
·
32 saatte okudu
instagram.com/p/CgzDYYeMK-I/?... ʜəʀ ɪɴsᴀɴıɴ ǫᴀʀşısıɴᴀ ᴏɴᴜɴ üçüɴ ʜəʀ şᴇʏɪ ᴇᴛᴍəʏə ʜᴀᴢıʀ ᴏʟᴀɴ ʙɪʀ şəxs ᴍüᴛʟəǫ çıxıʀ ᴠə ʜəᴍɪɴ ɪɴsᴀɴ ᴍüᴛʟəǫ ᴏ şəxsɪɴ ǫəᴅʀɪɴɪ ʙɪʟᴍɪʀ: 𝙷ə𝚈𝙰𝚃 𝙱𝙴𝙻ə𝙳𝙸𝚁, 𝙱𝙰ş𝚀𝙰 𝙲ü𝚁 𝙾𝙻𝙼𝚄𝚁. Çoxdan oxumaq istədiyim, gözləntilərimin çox yüksək olduğu bu əsər ilk baxışda adına görə məhəbbət romanına bənzəsə də, özündə həm də sevgi, xəyanət, cinayət, ayrılıq və insanı heyrətə gətirən BÖYÜK OYUNLARı əks etdirir. Romanın baş qəhrəmanı Mehran ən çox bəyəndiyim, sayğı duyduğum və təqdir etdiyim obraz oldu. Keçmiş və gələcək arasında qalan Mehran seçim etməlidir. Bununla o, ya yaşanmış taleyin ardınca qaçmalı, ya da taleyini dəyişməlidir. Gələk Ofeliya və Nərmin obrazlarına. Kitabda belə bir cümlə diqqətimi çəkdi: "ʜəʏᴀᴛıᴍıᴢᴀ ɢɪʀəɴ ɪɴsᴀɴʟᴀʀ ʙɪʀ ᴍüᴅᴅəᴛ sᴏɴʀᴀ ʏᴏxᴀ çıxıʀ, ᴀᴍᴍᴀ ᴏɴʟᴀʀᴅᴀɴ ʙɪᴢᴅə ᴍüᴛʟəǫ ɴəʟəʀsə ǫᴀʟıʀ." Nərminlə Ofeliyanı da Mehranın həyatında birləşdirən məhz bu idi; onun həyatında qoyduqları izlər... Düşünürəm ki, bu obrazları bir-birindən fərqləndirən xüsusiyyətləri və davranışları həm də onların xarakterini müəyyən etməyə kömək edir. Buna görə Nərmin mənim üçün Ofeliyadan qat-qat üstün gördüyüm və Mehrana daha çox yaraşdırdığım obraz idi. Süjet xətti çooxx maraqlı, axıcı olması ilə seçilirdi. Ən çox bəyəndiyim isə alıntılarının bol olması idi. Şeirlərini sevə-sevə dinlədiyim
Xəzər Süleymanlı
Xəzər Süleymanlı
Aqşin Evrən
Aqşin Evrən
birgə ərsəyə gətirdiyi roman məni gözləntilərim barədə bir səhifədə belə yanıltmadı.
Ayrılıqların Təkrarı
Ayrılıqların Təkrarı
, bəlkə də 2-ci dəfə oxuyacağım kitablar sırasına daxil oldu. Mütləq oxuyun. Hər kəsə xoş mütaliələr!
Ayrılıqların Təkrarı
Ayrılıqların TəkrarıXəzər Süleymanlı · Mücrü Neşriyyatı · 202169 okunma
·
180 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.