Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Məni də səni də öldürdük onda..
Yenə bu şəhərdə üz-üzə gəldik Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla! “Ölmədim” deyirəm, nə bilim axı, - Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə. Bəlkə də, biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki, - Ayrıldıq, şeytanı güldürdük onda; Bu ilin, bu ayın, bu günündəki, Elə bu küçənin bu tinindəki məni də, səni də öldürdük onda. …Sağımız-solumuz adamla dolu, Qol-qola kişilər, qadınlar keçir. Özündən xəbərsiz, ömründə min yol Özünü öldürən adamlar keçir. Keçir öz qanına batan adamlar, Bir də ki, qan hanı? Qan axı yoxdu. Hamı günahkardı dünyada, amma Dünyada heç kəsin günahı yoxdu. Bizsiz yazılmışdı bu tale, bu baxt, Sapanddan atılan bir cüt daşıq biz. Bəlkə bu dünyada on-on beş il yox, Min il bundan qabaq ayrılmışıq biz. Halal yolumuzu dəyişib, nəsə Çaşmışıq, bir özgə yoldan getmişik. Bəlkə min il qabaq səhv düşüb nəsə, Minillik bir səhvə qurban getmişik.
Gedək Biz Olmayan Yerə
Gedək Biz Olmayan Yerə
🥀
··
380 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.