Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

712 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Ay Bahçeleri 10 kitabdan ibarət olan Malazan serisinin 1-ci kitabdır, bu kitabla Kayıp Rıhtım vasitəsi ilə tanış olmuşdum, ondan sonra siyahıma daxil olmuş kitablardan biri oldu. Ay Bahçeleri obrazların, yer adların, təsvirin çoxluğu ilə seçilən kitablardandır, mənim fikrimcə, kitabın ilk səhifələrində də obrazların adları qeyd olunmuşdur, kitaba başlayarkən o hissəni oxuyanda bu kitabı seçdiyimə peşman olmuşdum, həm də kitab elədir ki, səhifə 250-ə qədər axıcılıq yoxdur, həm obrazların çox olması, həm də kitabın mahiyyətini anlamadığım üçün sevmirdim. Ancaq səhifə 250-dən sonra kitab elə axıcılaşdı ki, döyüş səhnələrin artması və mahiyyətini anlamağım ilə kitabı sevməyə başladım, sonlarda kitabı bitirmək istəmirdim. Əgər bu kitabı oxumaq qərarına gəlsəniz, sadəcə dayandırmayın, oxuyun. Mövzu Kitabın əsas mahiyyəti Malazan imperiyasının Darujhistanı tutmaq istəyir, bunun üçün birinci Pale şəhərini ələ keçirir, ancaq bu imperiyanın rəhbərliyi tam möhkəm deyil, imperiyanın əsasını İmperator Kellanved və onun danışmanı Dansçı qurmuşdur, ancaq Surly (Laseen) hər ikisini öldürür və özü imperatoriçə olur. Kellanvedin vaxtında 2-ci orduda, çox güclü dəstə kimi olan Köprüyakarlar olub, ancaq Laseen onları istəmir və rəhbərləri Çavuş Alakarganı ( Köprüyakarların rəhbərləri) öldürtmək istəyir. Həm də bu kitabda büyücülər və efsuncular var, Malazanda büyücülər Calot, Sırma, Tayschrenn, Bellurdan, Gecayazı, A’Karonys, efsuncu Yırtıkyelken, imperatoriçənin müavini Lorn, pençe komutanı Topper, subayı Paran, baş yumruk Dujek, pençe ajanı Genç Toc. Köprüyakarlar isə pençe onbaşı Kalam, büyücü Tez Ben, qatil Üzgün, lağımcı Kemancı, savaşçı Tırıs, həkimlik işini görən isə Tokmak, Köprüyakarlar 9-cu manga da adlanır. İndi isə keçək Darujhistana, Anka hanında Muillo, sui-qəsd edən Rallick Nom, Kruppe, Coll, oğru Crokus, Sulty, Meese, Chelt, Irilta, T’orrud cəmiyyəti isə, büyücülər Tholis və Parald, baş simyacı Baruk, cadı Derudan, Mammot baş rahib, Travale əsgər, qalanları isə qalsın. :D Bir də ən əsası Lord Anomander Rake Tieste Andiilidir, Ay Tohumu lordu və Karanlık üst hanesinin rəhbəridir. Bu obrazlarla yanaşı tanrılar da var, Gölgetaht, Oponn, Hood, onların da rolu az deyil kitabda. Kitabın mövzusu haqqında başqa heç nə deməyəcəm, çünki nə desəm spoiler olacaq, ən yaxşısı özünüz oxuyun və kitabı tövsiyə edirəm, xoş mütaliələr hər kəsə.
Ay Bahçeleri
Ay BahçeleriSteven Erikson · İthaki Yayınları · 2022173 okunma
··
636 görüntüleme
Tinuviel okurunun profil resmi
Bu 700 səhifənin 9 davam kitabı da varmış hələ ? 😳 Oxumağa niyətlənmişdim, fikrimdən daşındım. Aman aman dndndnd.
Aceso okurunun profil resmi
Yes, varmış. 🥲 Əgər ingiliscəm 1-2 ilə daha yaxşı olsa, oxuyacam 9 kitabı da. 😂🙃
1 sonraki yanıtı göster
Aceso okurunun profil resmi
youtu.be/N3pWSpMt-LY kitabı oxuyarkən dinlədiyim mahnı🙃
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.