O, Hz. Peyğəmbər'dən sonra ilk dəfə varlıq âləminin səmasına La ilahə illallah, Məhəmmədin Rəsulullah kəlimeyi tayyibəsini duyurandır.
O, Hz. Peyğəmbər ilə birlikdə ilk dəfə imandan sonra ən böyük həqiqət olan namaz üçün dergah-ı əhadiyətə yönələndir.
O, Hz. Peyğəmbər'in ilk xanımı ve yoldaşı olma şərəfinə nail olandır.
O, Hz. Peyğəmbər ilə on beş il peyğəmbərlikdən öncə, on il də peyğəmbərlikdən sonra olmaq üzrə tam iyirmi beş il eyni yastığa baş qoyandır.
O, Hz. Peyğəmbər'in evinə ikisi oğlan, dördü qız tam altı övlad hədiyyə edəndir.
O, Hz. Peyğəmbər'in Əhl-i Beyt nəslinin kökü olan Hz.Fatimə'ni doğuran və Hz. Əli'yə isə analıq edəndir.
O, tüm varlığını, malını, mülkünü, sərmayəsini Allah yolunda fəda etməkdən bir an geri durmayandır.
O, Hz. Peyğəmbər'in lisanı ilə ilk cənnətlə müjdələnən bəxtiyar bir İslam xanımıdır.
O, cahiliyyənin zifiri qaranlığında kirlənmədən,
Məryəm misalı pak və təmiz qalan, bu özəlliyi ilə də Tahirə ismini qazanan bir anamızdır.
O, firavunları çox olan bir şəhərin Asiyəcə, isyanını davam etdirərək, şirkə bulaşmadan vəhyə çatan İslam'ın Kübrasıdır.
O, on il peyğəmbərliyin və risalətin məqsədinə bir ana kimi sahib çıxaraq, varlığını məqsədinə adayan bir anamızdır.
Və O, xanımlar âləminin sultanı olan Hz.Xədicə validəmizdir...
Möminlərin anneleri olan Peyğəmbər xanımlarını tanınmalıyıq. Onları tanıdıqcaa, onlar haqqında məlumatlandıqda bu önəmli nəticələri əldə ederik:
İdeal Müsəlüman xanım kimliyinin və şəxsiyyətinin necə olmalı olduğunu, xanımların peyğəmbərlik mədrəsəsindəki mövqeylərini, dəyər, vəzifə və rollarını öyrənərik. Xanımların hayatı ile; Hz. Peyğəmbər'in özəl həyatındakı əxlaqını öyrənərik.
Hz.Xədicə validəmizin şəxsiyyətinin dörd əsas açarı bunlardır: ədəb, sədaqət, fədakarlıq, vəfa.
İl Əbrəhənin Kəbəyə hücumundan on beş il öncə, Milsdi 555, qış ayı. Əsədin oğlu Huveylid ilə Zaidənin qızı Fatimənin bir qızı doğuldu. Normal doöumdan 2 ay öncə doğulduğu üçün atası "tez doğulan qız uşağı" mənasına gələn Xədicə adını verdi.
Huveylid b. Əsəd'in soyu, beşinci quşaqda, Qüreyş tarixinin en gözdə isimlərindən biri olan Qusay'da Allah Resulü'nün (s.ə.s) soyu ilə birləşir. Fatimə bint Zâidə'nin soyu ise yeddinci quşaq ata olan Lüey'də, Hz. Peyğəmbər'in soyuna qavuşur.
Allah Rəsulu, Mariya və Reyhanə validələrimizi də sayarsaq on üç evlilik etmişdir. Bu on üç xanımından sadəcə Hz.Xədicə validəmiz, həm ana, həm ata tərəfdən Rəsulullaha soyca bu qədər yaxındır.
Rəsulullah(s.ə.s) evlilikləri sıradan bir evlilik deyil, bəlli məqsəd və niyyətlərlə edilmiş evliliklərdir. Əgər məqsədsiz olsaydı ya da o kirli ağızların iddia etdiyi kimi sırf dünyalıq zövqlər adına olsaydı; gencliyinin zirvəsində hər cür əxlaqsızlığın məşru görüldüyü bir dönəmdə iyirmi beş il eyni yastığı tək qadınla paylaşma qüdrətini və iradəsini göstərə bilərmiydi?
O; iyirmi beş ilə əlli yaşları arasında, tam iyirmi
beş il sadəcə Hz.Xədicə r.a. ilə evli qalmıştır. Yəni O; iyirmi beş ilə əlli yaşları arasında, tam iyirmi beş il sadəcə Hz. Xədicə r.a. ilə evli qalmışdır. Yəni Rəsulullah(s.ə.s) peyğəmbərlik öncəsi on beş il, peyğəmbərlik ilə birlikdə de on il sadəcə təkeşli olaraq yaşamışdır. 50 ilə 52 yaşlarına qədər Məkkədə dul olaraq qalmış, Hz.Xədicə'nin ardından ikinci evliliyini yenə dul bir xanım olan Sevde bint Zem'a ilə etmişdir
52 yaşından 63 yaşına qədər isə 12 evlilik daha etmişdir. Bu evliliklərinin hamısı peyğəmbərlik dövründə və Mədinədədie. Dolayısı ilə Allah Rəsulu'nun (s.ə.s.) evlilikləri peyğəmbərlik ilə yaxından əlaqədardır və ilahi nəzarət altındadır. Zira hərkəscə məlum olan bir həqiqət vardır ki, Peyğəmbərlər əsla ilahî vahyə müxalif, öz keyfi iradələriylə ən kiçik bir iş, hərəkət və davranış göstərməzlər, Qaldı ki belə önemli, bütün insanlığın həyatına təsir edəcək addımlarda ilahi iradə olmadan -haşa- bir iş edilmiş olsun.
Rəsulullah(s.ə.s.), Hz. Aişədən başqa ancaq dul xanımlarla evlənmişdir. Məkkə dönəmi bir tərəfə, Mədinə dönəmində İslam'ın qitələri zorladığı o zaman dilimlərində, necə xanımların, gəlib: "Ya Rəsulallah! Sənin evinin xanımı olmaq mənim üçün için ən böyük şərəfdir" deyib özlərini Allah Rəsuluna hədiyə etdikləri zamanlarda bele; O, bu təklifləri rədd etmiş, bəzi mülahizələrlə bu dul xanımlarla evlənməyi tərcih etmişdir
Rəsulullah(s.ə.s.)evlilikləri üzərindən bizə verilən mesajlar:
Subay bir gəncə örnək: O'nun Yusif misalı iffət ilə keçən iyirmi beş illik həyatı.
Tək eşli bir kişiyə örnək: Hz.Xədicə validəmiz ilə yaşadığı iyirmi beş illik həyatı.
Dul olan bir kişiyə örnək: 50 ilə 52 yaşları arasında iki il boyunca Məkkədə dul olaraq yaşadığı hayat.
İki xanımı olan bir kişiyə örnək: Sevde bint Zem'a və Aişə bint Əbu Bəkr ile keçirdiyi həyatı.
Üç xanımı olan bir kişiyə örnək: Sevde, Aişə və Hz. Ömər'in qızı Hafsa validəmiz ilə keçirdiyi həyatı.
Dörd xanımı olan kişiyə örnək: Sevde,Aişə, Hafsa və Zeynəb bint Huzeyme ile keçirdiyi həyatı.
Xanımı Müsəlman olanlara örnək: Xədicə, Aişə, Ümmə Sələmə və digərləri
Xanımı Yəhudi olana örnək: Safiyyə ve Reyhanə.
Xanımı Xristyan olana örnək: Mariya
Xanımı Ərəb olana örnək: Xədice, Aişə, Cüveyriyə, Ümmü Həbibə və digərləri ...
Xanımı Ərəb olmayana örnək: Safiyyə, Reyhanə və Mariyya.
Qızları olan bir ataya örnək: Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm və Fatimə.
Oğulları olan bir ataya örnək: Qasım, Abdullah ve İbrahim.
Ögey qızları olan bir ataya örnək: Hind bint Atik, Zeynəb bint Əbi Sələmə, Ümmü Gülsüm bint Əbi Sələmə, Dürrə bint Əbi Sələmə və Həbibə bint Ümmü Habibə
Ögey oğullarl olan bir ataya örnək: Hind ve Hâris b. Əbû Halə, Ömər və Sələmə b. Əbi Sələmə, Abdullah b. Ümmü Həbibə
Damatları olan bir ataya örnək: Ebü'l As b. Rebî, Hz. Osman ve Hz. Ali.
Gəlinləri olan bir ataya örnək: Məleykə bint Rifâa (Ömer b. Ebî Seleme ile evli) Ümame bint Hamza (Seleme b. Ebi Seleme ile evli)
Nəvələri olan bir babaya örnək: Hz. Həsən, Hz.Hüseyin, Hz. Zeynəb...
Hz. Xədicə'nin Avvam, Nevfel, Hizam, Hâle ve Rukiyye isimli bacı qardaşları vardır. Onlardan Avvam, məşhur səhbaə Zübeyr b. Avvam'ın babasıdır. Məlumunuz, Zübeyr'in anası isə Rəsulullahın (s.ə.s.) bibisi Safiyye'dir. Dolayısı ile Selleme Hz. Xədicə, Zübeyr b. Avvam'ın bibisidir.
Bacılarından biri olan Hâle, Rebî b.Abdüluzza ilə evlənəcək və ondan Ebû'l Âs isimli bir oğlu olacaqdı. Ebû'l As isə illər sonra Rəsulullah(s.ə.s) və Hz. Xədice'nin ən böyük qızları olan Zeynəb validəmiz ilə evlənəcəkdi. Zeynəb 30 yaşında həyata gözlərini yumacaqdı.
Huveylid b. Əsəd, qızı Xədicənin doğumundan bir müddət sonra ortaya çıxan Ficar savaşlarına qatılır və bu savaşların birində də vəfat edir. O da Rəsulullah(s.ə.s) kimi yetim büyüyər, əmisi Amr b. Əsəd'in himayəsində yetişər.
Hz.Xədicə gencliyindən etibarən tez tez əmisi oğlu oğlu olan və o günün Məkkə'sində fərqli bir inanca mənsub olan Varaka b. Nevfel'ə gedər və onunla söhbət edərdi. Varaka bütlərə tapmayan, onları kərih və pis görən bir şəxsiyyətdi. O və bəzi dostları -ki Hz. Ömər'in əmisi, aşere-i mübeşşereden olan Said b. Zeyd'in atası Zeyd b. Amr b. Nüfeyl onlardan biriydi- həniflərdəndilər. Məkkə'nin dini həyatlarını bəyənməz və gələcək yeni bir peyğəmbərdən bəhs ederlərdi. Hz. Xədicə bu söhbətləri dinlərkən, özünfəm keçər və : "Ya Rəbbi! Nə olar məni o gələcək peyğəmbərə yaxın et" deyə dua edərdi.
Zəngin bir ailəyə sahib idi Xədicə, Məkkənin ən gözəl evlərində böyümüş Rəsulullahdan öncə iki evlilik etmiş, ilk evliliyindən iki oğlu Hind və Haris doğuldu. Onlar ikisi də Şəhid oldu. İkinci evliliyindən Hind adında bir qızı oldu. Lakin 37 yaşında yoldaşı vəfat edən Xədicə 3 il daha dul qalacaqdı.
Ticarət işləri ilə özü məşğul olurdu. Bir dəfə Şama karvan getməli və bunun üçün güvənli birini axtarırdı. Doğrusu bu iş üçün Məhəmmədi istəyirdi. Əbu Talib qardaşı oğluna bu işi tövsiyə edincə Məhəmməd də karvana nəzarəti boynuna götürdü. Məhəmmədi daha yaxşı tanımaq istəyən Xədicə Meysərədən onu izləməsini və ona xəbər gətirməsini istəyir. Meysərənin gəturdiyi xəbərlərlə daha da heyran olur Məhəmmədə.
40 yaşında Məhəmmədlə Xədicə evlənir. Onların evliliyi hər dilə dastan olmalı, örnək alınmalıdır. Xədicə ona xanım olmadı sadəcə, dost oldu, sirdaş oldu. 65 yaşında vəfat etdi. 13 il Xədicəsiz yaşayan Rəsulullah (s.ə.s) bir gün də olsun validəmizi unutmadı. Şübhəsiz ki, Onun üçün ən xeyirlisi idi Xədicə...