Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

188 syf.
·
Puan vermedi
·
Beğendi
·
5 saatte okudu
Kitabda 3 ayrı qitədə, 3 ayrı həyat yaşayan 3 qadının hekayəsi bəhs olunur. Giulia Siciliyada yaşayan bir qadındır. Atasının saç emalatxanasında işləyir.Normal həyat tərzi yaşayır, ta ki həyatı atasının gözlənilməz bir avtomobil qəzası nəticəsində dəyişməsinə qədər. Sarah Kanadada hüquqşünas vəzifəsində çalışır, 3 uşağı var, tək qadındır və hüquq şirkətlərinin birinin şərikidir. Bunların hər birini eyni anda idarə etmək üçün həyatından bir sıra fədakarlıqlar etmək zorunda qalır. Lakin bir gün tutduğu xəstəlik nəticəsində karyerasında hər şey alt üst olmağa başlayır. Smita isə Hindistanda yaşayan əhalinin ən aşağı təbəqəsinin bir üzvü idi. Çox acınacaqlı və qeyri insani bir həyat tərzi keçirirdi, təəssüf ki bu həyat ona əcdadlarının "mirası" olmuşdur. Bu həyatda yeganə məqsədi qızının həyatını xilas etməyidir və bunun üçün əlindən gələni əsirgəməyəcək. Öncəliklə onu bildirim ki kitab məni dərindən çox sarsıtdı, hələ ki Smitanın hekayəsi. Olduqca axıcı dildə yazılmış bir əsərdir. Ən çox sevdiyim tərəfi isə 3 qadının həyat hekayəsinin ayrı başlıqlar şəklində verilməsi olmuşdur. Kitabın sonlarına doğru bu qadınların bir birindən xəbərsiz şəkildə ortaq bir məqsəd altında toxunulmaz tellərlə birləşməsi insanda fərqli duyğular yaradır.
Saç Örgüsü
Saç ÖrgüsüLaetitia Colombani · Yan Pasaj Yayınevi · 20206,4bin okunma
·
246 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.