Gönderi

Oxu, tar, oxu, tar!.. Səsindən ən lətif, şeirlər dinləyim. Oxu, tar, bir qadar!.. Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unutar? Ey geniş kütlənin acısı, şərbəti – Alovlu sənəti!
32 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
halletçez..
Gönderi Sahibi
Oxu, tar! Mən səndə İstənən havanı çala da bilərəm. Mən səndən bugünün zövqünü Ala da bilərəm. Sən bu gün silahsan əlimdə, Səni mən hansı bir hədəfə İstəsəm, çevirə bilərəm, Qəlblərdə gizlənən keçmişi Bir yeni nəğmənin əlilə Devirə bilərəm!
halletçez..
Gönderi Sahibi
Gözləri qibləyə açılan hasarlı binalar Dinləmiş əzəldən səsini. Papaqlı atalar, çadralı analar Ötürmüş sayəndə köksünü. Düşmüşlər gah şirin, gah acı toruna, Sevinə-sevinə, qoruna-qoruna.