Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

1552 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Məşhur türk serialı "Ezel"in ilham mənbəyi! İndiyədək oxuduğum ən möhtəşəm kitablardan oldu "Monte Cristo Kontu". 1500 səhifədən çox olan kitabı 15 günə bitirdim. Kitab o qədər möhtəşəmdir ki, oxuyanda əlinizdən qoya bilməyəcəksiniz, bir yandan tez sonunu oxumaq istəyəcək, digər yandan "bitməsin" deyəcəksiniz. Kitabda Viktor Hüqo dəsti-xəttini hiss etdim. Baş qəhrəman Edmond Dantedir. Edmond 19 yaşlı dənizçidir. Fəaliyyətində çox uğurlu olduğu üçün böyük gəmiyə kapitan seçiləcək. Bu həyatda ən çox atasını sevir. Bir də gözəl katalan qızı Mersedesi...Qəlbi gəncliyin saflığı dolu olan Edmondu gözü götürməyənlər də var: işlədiyi gəmidəki mühasib Danqlars və Mersedesin qohumu, ona aşiq olan Fernand. Məhz bu iki insan Edmondun gələcəyini məhv edir və onun günahsız yerə həbsə düşməyinə zəmin yaradır. Həm də evlənəcəyi gün... İllər keçir, Dante həbsdə qaldığı müddətdə atası vəfat edir, sevdiyi ailə qurur, düşmənləri isə varlı zadəganlara çevrilir. Bir gün Dante həbsdən qaça bilir və Edmondu basdırır-öz küllərindən Qraf Monte Kristo olaraq yenidən dünyaya gəlir... Ona hər cəhətdən kömək göstərən, intiqam planını istəməyərək də olsa, Edmondun beyinində cızan keşiş Fariya varidatı olmayan gənci Avropanın ən zəngininə çevirir. Bəs pis niyyətlərin qurbanı olan dənizçi öz intiqamını necə alır? Bax bu sualın cavabını öyrənməkçün 1550 səhifə oxumağa dəyər Kitabda sadaladıqlarımdan əlavə, Danqlarsın, Fernandın ailə üzvləri, prokuror Vilfort və ailəsi, Parisin varlı gəncləri, qrafın köləsi-Təpədələnli Əli paşanın qızı və daha neçə-neçə obrazlar yer alır. Düma hadisə və obrazları elə əlaqələndirir ki, insan sadəcə təəccüblənir. İllər öncə 2 dəfə müəllifin "Üç muşketyor" kitabını oxuyub hər dəfə heyran qalmışdım. Yaxşı ki, bu ay ani qərarla Monte Kristo qrafı ilə də tanış oldum :) Uzun sözün qısası, qalınlığı gözünüzü qorxutmasın, kitabı mütləq oxuyun
Monte Cristo Kontu (2 Cilt Takım)
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202025,8bin okunma
··
91 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.