Gönderi

88 syf.
7/10 puan verdi
Brunonun adını ilk dəfə Coğrafiya dərsində eşitmişdim. Həqiqətləri dediyi üçün diri-diri yandırılan filosof. Bruno, 16-cı əsrdə yaşamış Renessans filosoflarından biridir. İtaliyalıdır. Renessans da, aydınlanmadır, yəni bu dövrdə artıq insanlar dinin yalanlarını görməyə başlamış, elmin, fəlsəfənin və digər sahələrin inkişafı baş vermişdir. Bruno hətta Dominik təriqətinə də üzv olmuşdur, amma sonradan həqiqətlərin fərqinə varmış, bu da təriqətin və digər din adamlarının diqqətini çəkmişdir ki, beləcə, aforoz edilmişdir, ölkəsini tərk etməyə başlamışdır. Platon, Aristotel və s. kimi antik yunan filosoflarının əsərlərini yunancadan oxumuş, bunlarla bağlı dərslər vermişdir. Elə bu əsrdə Kopernikin "Günəş mərkəzdədir, Yer və digər planetlər isə onun ətrafında fırlanır", - fikirlərindən ibarət olan əsərini oxuyub, dindən daha da uzaqlaşmışdır. Ancaq eşitdiklərimizə də çox inanmamaq lazımdır: Yəni ki, Bruno, dediklərinə görə aforoz edilib, birbaşa yandırılmamışdır. Ölkədən qaçmağa məcbur olmuş, hətta inkvizisiya məhkəməsinə verilməmişdən öncə yenidən kilsəyə qayıtmağı cəhd etmiş, amma alınmamışdır. Məhkəmədə isə dedikləri hər şeyi dərhal geri ala biləcəyini, bağışlanmasını istəmişdir. Ətrafda onu sevməyən bəzi insanlar da ondan şikayətlənmişdir. Həmçinin, məhkəmə rəhbərliyi tərəfindən onun yazdığı əsərlər analiz edilmiş, onun əleyhinə olan sənəd hazırlanmışdır. Bruno ilk öncə bağışlanmağını istəsə də, sonradan fikrini dəyişdirərək, düşündüklərinə və etdiklərinə görə peşman olmadığını demişdir. Yandırılmasından 8 gün əvvəl isə "Ölümümdən xəbər verərkən, siz məndən daha çox qorxursunuz." - deyərək, ölümdən qorxmadığını söyləmişdir. 17 fevral 1600-cü ildə yandırılmışdır. Sonrakı səhifələrdə "maddə və forma" ilə bağlı düşüncələri barədə məlumat verilib. Çox maraqlı və axıcı kitab idi. Hər kəsə tövsiyə edirəm.
Giordano Bruno: Ölümümü Bildirirken Siz Benden Daha Çok Korkuyorsunuz
Giordano Bruno: Ölümümü Bildirirken Siz Benden Daha Çok KorkuyorsunuzFırat İlim · Destek Yayınları · 2020212 okunma
·
555 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.