7/10
·208 syf.··
2022 8. kitabı
·
11 günde okudu
·
Okunma: 19 Ağustos 2022 18:43
Əsər müəllifin qələmindən oxudum ilk əsər olmasa da daha çox diqqətimi çəkən əsər oldu.    •Həyatımızda da qarşımıza müxtəlif xarakterli,ən pis halda da xaraktersiz insanlar çıxır, fikrimcə,bu qaçılmazdır.Nə istədiklərini bilməyən,arzu və məqsədləri olmayan,dünyaya isə dünya gözüylə deyil sadəcə öz kiçik pəncərəsiylə baxan insanlar...Bu dünyada qonaq olduğunu unudan insanlar..Yalnız yeyib-talayıb,gəzib- dolaşmaq üçün Bura gələnlər...   • Əsas obraz,özünün kirli keçmişi ilə,kirli də gələcək quran Yeganə kimi...Qaraçı qız olmaqla başlayan uşaqlığı ilə həyatın ən çirkli quyularına bilərəkdən bəlkə də məcburən düşdü.Yalanları ilə hər kəsin gözünü boyuyaraq təkcə teatrda yox həyatda da rola girdi.Mehriban və igid ,bununla yanaşı bir o qədər də saf olan Əkrəmlə tanış olur və hər şey bundan sonra başlayır.Əkrəm 4 il müharibədəykən Yeganənin həyatı necə keçir?!.Əkrəmin müharibədən gəlməsiylə hər şey dəyişir.Artıq geridə onun üzünə xoş davranan Yeganə yox idi.Çətin də olsa eşitdiklərinə inanaraq bir müddətdən sonra öz doğru qərarını verir. Sonda Yeganə öz cəzasını alır...Mənəvi Əkrəmin hisslərini,fiziki olaraq isə Günəşin körpəsini öldürərək qatil olur... Hələlik bircə ulduz kəşf eləmişəm. Onu da göydə yox, yerdə. Bəzən nəciblər, xeyirxah niyyətlərlə yaşayanlar vaxtından tez ölür, xəbislər, bədxahlar isə elə hey ömür sürürlər.” İnsanın gözləri qəlbinin tərcümanıdır Neyləyim ki, mən bədbəxtəm! Könlüm arzular qəbiristanıdır..
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2015321 okunma
··
1.052 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.